
Firefox 71-də TLS sertifikatların baxılması üçün yeni interfeys reallaşdırılacaq
Code-News
28.08.2019
Emil
.jpg)
Firefox Nightly-ə “about:certificate” adlı xidmət səhifəsi əlavə olunub. Həmin səhifə isə şifrələmələr üçün tətbiq olunan sertifikatların baxılması yolunda genişləndirilmiş interfeysi təqdim edir. Bu barədə Opennet.ru saytı xəbər verib. Sertifikatların baxılması üçün təqdim edilmiş interfeys JavaScript və standart veb texnologyalarının istifadəsi ilə tamamilə yenidən yazılıb. Əgər əvəllər sertifikatların baxılması üçün əlavə pəncərə açılırdısa, indi lazımi məlumat qovluqda Certainly Something əlavəsini xatırladan formada açılır.

Sertifikatların baxılmasının yeni rejimi Firefox 70-də about: certificate səhifəsi vasitəsilə reallaşdırılacaq və Firefox 71-də “Tools > Page Info > Security > View Certificate” əməliyyatının reallaşdırılması ilə ortaya çıxan standart proses olacaq. Yeni funksiyanın standart proses qismində reallaşdırılacağı vaxta kimi onu about:config-dəki security:aboutcertificate ayarı vasitəsilə aktiv etmək olar. Qeyd etmək lazımdır ki, Forefox 70 22 oktyabrda, Firefox 71 isə 10 dekabr tarixində işıq üzü görəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
