
Firefox'da istifadəçilərin əməliyyatlarını izləyən cookie fayllar bloklanmağa başlayıb
Code-News
05.09.2019
Emil
.jpg)
Mozilla şirkəti PC və Android üçün olan Firefox brauzerində istifadəçilərin əməliyyatlarını izləməyə imkan verən kənar cookie fayllarını bloklamağa başlayıb. Enhanced Tracking Protection funksiyası vasitəsilə şirkət istifadəçiləri bezdirici reklamlardan və onların məlumatlarının üçüncü tərəflərə ötürülməsindən qorumaq niyyətindədir. Bu barədə Vc.ru saytı xəbər verib.
The New York Times saytında aktiv olan və bloklanmış cookie fayllar:

Brauzerin URL ünvan hissəsində qalxan işarəsinin əks olunduğunu görən zaman istifadəçilər bilməlidirlər ki, sözügedən funksiya aktivdir. Bloklanmış saytların siyahısına baxmaq üçün isə istifadəçi sadəcə olaraq kontentin bloklanması bölməsinə daxil olaraq cookie fayllarını seçməlidir. Həmin hissədə həmçinin müəyyən saytlar üçün bloklanmanı deaktiv etmək də olar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
