Firefox kodu XBL komponentlərindən tamamilə təmizlənib

Firefox kodu XBL komponentlərindən tamamilə təmizlənib

Code-News
10.10.2019 0 PAYLAŞIM

    Mozilla tərtibatçıları bildiriblər ki, onlar Mozilla kodundan XBL (XML Binding Language) dilində olan bütün komponentlərin aradan qaldırılması işini yekunlaşdırıblar. 2017-ci ildən bəri davam edən bu proses çərçivəsində Firefox kodundan XBL istifadə etmiş 300 müxtəlif komponent çıxarılmış və təqribi olaraq 40.000 sətr kod yenidən yazılmışdı. Bu barədə Opennet.ru saytı xəbər verib. Qeyd olunmuş komponentlər isə Web Components bazasında olan analoqlar ilə əvəz ediliblər. Həmin komponentlər isə adi veb texnologiyalar vasitəsilə yazılıb.

    Qeyd etmək lazımdır ki, XBL Firefox interfeysinin çalışma təşkilini reallaşdırırdı və XUL dilində olan vidjetlərin davranışlarını dəyişə bilən komponentlərin yaradılmasına imkan verirdi. 2017-ci ildə isə Mozilla XBL ilə XUL-u köhnəlmiş texnologiyalar siyahısına daxil etdi və Firefox 57-də onların dəstəklərini dayandırdı. Həmin vaxtda həmçinin Firefox üçün olan XBL və XUL əsasında yaradılmış komponentlərin yenidən yazılması işinə start verildi. XBL əsasında qalmış son komponentlər siyahısında ünvan sətri ilə əlavələr meneceri var idi. Lakin onlar Firefox 68-də yeni komponentlər ilə əvəz olundular.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


GitHub'a layihələrdəki boşluqların aşkar edilib və aradan qaldırılması üçün yeni..

Bu layihə açıq mənbəli koda sahib layihələrin sahib olduqları boşluqların aşkar edilib və aradan qal..


Microsoft şirkəti GitHub'ın ehtiyat kopyasını yaradıb

Dünyanın sonu halında IT sənayenin aqibəti təkcə bu məsələyə yaxından həvəs göstərənləri maraqlandır..


Microsoft şirkəti Internet Explorer'dəki 0-day boşluğunu aradan qaldırdı

Noyabr yenilənmələri özlərində Microsoft məhsullarında aşkar edilmiş 74 sistem boşluğu üçün patchlar..


Arch Linux tərtibatçıları Linux nüvəli paketlərin quraşdırılma təşkilində dəyişi..

Arch Linux tərtibatçıları Linux nüvəli paketlərin quraşdırılma təşkilində olan dəyişikliklərdən xəbə..


Google Chrome ləng və sürətli yüklənən saytları təyin edə biləcək

San Fransiskoda keçirilən Chrome Dev adlı sammit çərçivəsində Google şirkətinin mühəndisləri bildiri..


Siri'dəki sistem boşluğu macOS'dəki Apple Mail'də olan şifrələnmiş məktubları ox..

Apple məhsullarının problemləri üzrə fəaliyyət göstərən informasiya təhlükəsizliyi mütəxəssisi Bob G..