Logo
    main-post-cover

    Firefox Nightly-də istifadəçinin identifikasiyası üzrə gizli üsulların bloklanması aktivləşdirilib

    Code-News
    27.11.2019
    Emil
        Firefox Nightly-də istifadəçilərin gizli identifikasiyalar (browser fingerprinting) vasitəilə izlənməsindən qorunma funksiyası standart həll kimi aktivləşdirilib. Bu funksiya öz növbəsində 7 yanvar tarixində işıq üzü görəcək Firefox 72-nin əsasına inteqrasiya ediləcək. Gizli izlənmədən qorunma funksiyası arzu olunmaz kontentin bloklanması üzrə olan standart rejimdə aktivləşdirilib və gizli identifikasiya üçün istifadə olunan skriptlərə sahib hostları özündə birləşdirən Disconnect.me siyahısındakı əlavə kateqoriyalar üzrə reallaşdırılır. Bu barədə Opennet.ru saytı xəbər verib. Gizli identifikasiya dedikdə isə informasiyanın mütəmadi şəkildə saxlanması üçün nəzərdə tutulmamış sahələrdə (Supercookies) identifikatorların saxlanması və dolayı məlumatların əsasında identifikatorların generasiyası nəzərdə tutulur.
    Paylaş
    Bənzər xəbərlər