
Firefox Nightly'ə səhifələrin ciddi təcrid edilməsi dəstəyi əlavə olunub
Code-News
12.08.2019
Emil

Firefox 70-in əsasını təşkil edəcək Firefox Nightly-ə səhifələrin ciddi təcridi rejiminin dəstəyi əlavə olunub. Bu rejim isə Fission kod adı altında inkişaf etdirilir. Bu barədə Opennet.ru saytı xəbər verib. Bu rejimin aktiv edilməsi zamanı müxtəif saytların səhifələri həmişə müxtəlif proseslərin yaddaşlarında saxlanılacaq.
Həmin proseslərdən hər birində isə özəl təcrid edilmiş sandboxlar istifadə olunur.
Bununla belə, proseslər arasındakı bölünmələr qovluqlar üzrə deyil, domenlər üzrə reallaşdırılacaq. Bu isə öz növbəsində xarici skriptlərin və iframe blokların əlavə təcrid edilməsi imkanını verəcək. Ciddi təcrid etmə rejiminin aktivləşdirilməsi üçün “--enable-fission” özəllikli Firefox brauzerini işə salmaq və ya about:config-ə “fission.autostart=true” özəlliyini quraşdırmaq lazımdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
