main-post-cover

    GitHub servisi cihazlar üçün yeni verifikasiya üsulu əlavə edib

    Digər
    Code-News
    02.07.2019
    Farid Pardashunas


        Məşhur GitHub servisi istifadəçi hesablarının ayarlarında ikifaktorlu autentifikasiya funksiyasının aktiv edilməyən istifadəçilərin servisə girişləri prosesində dəyişikliklər etdiyini açıqlayıb. Bu barədə Opennet.ru saytı xəbər verib. Bu cür istifadəçilər üçün əlavə verifikasiya üsulu əlavə olunur. Sözügedən yeni verifikasiya üsulu zamanı sistem istifadəçinin cihazını yadında saxlayır və yalnız həmin cihaz vasitəsilə iş görməyə imkan verir.
        Əgər istifadəçinin cihazı öncədən verifikasiya prosesini keçməyibsə, onda istifadəçinin mail ünvanına girişi təsdiqləyəcək xüsusi kod göndərilir. İstifadəçi isə öz növbəsində həmin kodu autentifikasiya üçün istifadə etməli olacaq. Yox əgər istifadəçinin cihazı öncədən verifikasiya prosesini keçibsə, o sadəcə olaraq öz istifadəçi məlumatlarını daxil etməklə servisə giriş edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər