main-post-cover

    Google Chrome xüsusi əlavə vasitəsilə təhlükəli saytlar barədə xəbərdar edəcək

    Digər
    Code-News
    20.06.2019
    Emil Nəcəfov


        Google mütəxəssisləri Chrome brauzeri üçün Suspicious Site Reporter adlı xüsusi əlavə hazırlayıblar. Həmin əlavə təhlükəli saytlar barədə istifadəçiyə məlumat verəcək. Bu əlavə zərərli saytlar barədə mesajların Google Safe Browsing komandasına göndərmə prosesini sadələşdirəcək. Beləliklə həmin komandanın mütəxəssisləri şikayətlərə baxa, onları analiz edə və Chrome brauzeri də daxil olmaqla Safe Browsing API dəstəkli digər brauzerlərin qara siyahılarına həmin təhlükəli saytları əlavə edə biləcəklər. Bu barədə Xakep.ru saytı xəbər verib.
        Bu API Chrome brauzerinin mobil və veb versiyalarından əlavə olaraq həmçinin Mozilla FirefoxApple Safari brauzerlərinin mobil və veb versiyaları tərəfindən də dəstəklənir. Ümumilikdə Safe Browsing bütün dünya üzrə 4 milyarda yaxın cihazı və o cümlədən brauzerlər ilə tətbiqləri qorumaqla məşğuldur. Suspicious Site Reporter əlavəsi Google Chrome-un alətlər panelinə xüsusi işarəni əlavə edir.
        Həmin işarəyə klik edəndən sonra ekranda əlavə pəncərə ortaya çıxır. Həmin pəncərə vasitəsilə istifadəçi şübhəli gələn sayt barəsində avtomatik şikayət göndərə bilər. Faktiki olaraq bu üsulla istifadəçi Google mütəxəssislərinə saytın təkcə URL ünvanını deyil həm də ekran fotosunu, DOM tərkibini (bütöv HTML daxil) və bütün referallar zənciri barəsində məlumatları da ötürəcək.
    Linki kopyala