Google şirkəti Android-i standart Linux nüvəsinə keçirtməyi planlaşdırır

Google şirkəti Android-i standart Linux nüvəsinə keçirtməyi planlaşdırır

Code-News
20.11.2019 PAYLAŞIM

    Mobil əməliyyat sistemi olan Android Linux nüvəsinin xüsusi versiyasını istifadə edir və həmin nüvə smartfon istehsalçıları vasitəsilə mütəmadi dəyişikliklərə məruz qalır. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilir. Belə ki, Google təmsilçilərinin sözlərinə əsasən şirkət Android ilə Linux arasındakı fərqi minimuma endirmək istəyir. Bu üsul ilə o, məşhur əməliyyat sistemini daha universal etmək istəyir. Bu barədə Androidpolice saytı xəbər verib.


Linux nüvəsinin dəyişmə dinamikası:

    Linux Plumbers konfransı çərçivəsndə tərtibatçılar bildiriblər ki, Google şirkəti Android-in Linux nüvəsinə maksimal dərəcədə oxşamasında maraqlıdır. Bu üsul ilə hər bir yenilənmə üçün minlərlə dəyişiklikdən imtina edərək müəyyən texniki problemləri aradan qaldırmaq mümkün olacaq. Bundan əlavə olaraq şirkət hal hazırda olduğu kimi 6 il müddətinə sabit Linux nüvəsi dəstəyindən də imtina edə bilər.

    Tərtibatçıların sözlərinə əsasən ARM Linux nüvəsinə keçid həmçinin adi istifadəçilər üçün də faydalı olacaq. Belə ki, ARM Linux-a keçid öz növbəsində smartfonun performansına və çalışma müddətinə müsbət təsir göstərəcək. Hal hazırda Google şirkəti mümkün qədər çoxlu sayda Android modifikasiyalarının əsas Linux nüvəsi ilə birləşdirilməsi üzərində çalışır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


2020-ci ildə məlumatların vizualizasiyası üçün aktual olacaq Top-8 JavaScript ki..

JavaScript-də məlumatları daha gözəl şəkildə təqdim etmək lazımdır?


Microsoft bu il olmuş qeyri adi fişinq kiberhücumlarından danışdı

Bir neçə müddət bundan öncə isə Microsoft şirkəti kiberhücumlar və malware-lar üzrə trendləri əks et..


Microsoft Windows-da 0-day boşluğu da daxil olmaqla 7 kritik sistem boşluğu arad..

Microsoft şirkəti bu ay təqdim etmiş olduğu yenilənmələr ilə öz sistemlərində 36 boşluğu aradan qald..


Microsoft Teams platformasının Linux versiyası təqdim edildi

Microsoft şirkəti Microsoft Teams platformasının Linux versiyasını təqdim edib.


OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilib

OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilərək aradan qaldrılıb.


Sadə tətbiqlərin müxtəlif proqramlaşdırma dillərindəki test nəticələri təqdim ed..

Assembler x86_64-də HeavyThing adlı azad kitabxananı reallaşdırmış müəllif Jeff Marrison “Assembler-..

×