main-post-cover

    Google şirkəti Chrome OS 75 əməliyyat sistemini təqdim etdi

    Digər
    Code-News
    27.06.2019
    Farid Pardashunas


        Google şirkəti Linux nüvəsi, upstart sistem meneceri, ebuild/portage alətləri, açıq komponentlər və Chrome 75 brauzeri əsasında qurulmuş Chrome OS 75 əməliyyat sistemini təqdim etdi. Bu barədə Opennet.ru saytı xəbər verib. Chrome OS-in istifadəçi əhatəsi veb brauzer ilə sərhədlənir və standart tətbiqlərin əvəzinə veb tətbiqlər istifadə olunur. Lakin buna baxmayaraq Chrome OS özündə çoxpəncərəli interfeysi, iş masasını və tapşırıqlar panelini birləşdirir.
        Chrome OS 75 hal hazırda olan bi çox Chromebook modelləri üçün aktivdir. Bu mövzuya həvəsi olan insanlar tərəfindən həmçinin x86, x86_64ARM prosessorlu adi kompüterlər üçün də bu əməliyyat sisteminin qeyri-rəsmi versiyaları hazırlanıb. İlkin mətnlər isə müstəqil Apache 2.0 lisenziyası vasitəsilə yayılırlar. Chrome OS 75-də olan əsas yeniliklər isə bunlardır:
    - Linux tətbiqlərinin işə salınması əhatəsinə varolan Android və ya Chrome OS VPN bağlantılarından quraşdırılmış VPN bağlantı tətbiqlərindən istifadə etmək imkanı əlavə olunub (Linux əhatəsindən olan bütün trafik varolan VPN-ə inteqrasiya oluna bilər).
    - Linux əhatəsinə həmçinin USB girişi vasitəsilə qoşulmuş Android cihazlara müraciət özəlliyi əlavə olunub (Chrome OS əhatəsində istifadəçi USB giriş ilə Linux əhatəsinin birgə istifadəsi özəlliyini quraşdırmalıdır).
    - PIN kod ilə çapetmə dəstəyi əlavə olunub (çapa göndərən zaman istifadəçi PIN kodu daxil edir və həmin kodu printerin idarəetmə panelində yenidən daxil etməklə çapı təsdiqləyir). Bu cür təsdiq üsulu vacib sənədin səhvən göndərilmiş digər bir cihazda deyil məhz lazımi printerdə çap olunmasına zəmanət verir. Bu funksiya yalnız idarəolunan rejimdə çalışan sistemdə və IPPS ilə “job-password”-un IPP atributunun dəstəkləndiyi printerlərdə çalışır.

    - Fayl menecerinə API DocumentsProvider-ı dəstəkləyən kənar provayderlər sənədlərinin dəstəklənməsi əlavə olunub. İstifadəçi bu API əsasında tətbiqləri quraşdıra və seçilmiş provayder sənədləri vasitəsilə yan paneldən fayllara keçid özəlliyi əldə edə bilər.
    - Müəllif hüquqlarının qorunması (DRM) sisteminə sahib kontentlərin ikinci xarici monitorda əks olunması özəlliyi əlavə olunub.
    - Valideyn idarəsi sisteminə, uşağa kompüter arxasında bonus vaxt keçirməsi imkanının verilməsi əlavə olunub.
    - Uşaqların istifadəçi hesabları üçün uşaqlara özəl optimizasiya olunmuş Google Assistant səsli köməkçisi əlavə olunub.
    - Intel prosessorlarına MDS (Microarchitectural Data Sampling) hücumlarından qorunma özəlliyi əlavə olunub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər