Intel şirkəti Linux nüvəsi üçün USB 4.0 drayverinin ilkin reallaşdırılmasını təqdim edib

Intel şirkəti Linux nüvəsi üçün USB 4.0 drayverinin ilkin reallaşdırılmasını təqdim edib

Code-News
07.10.2019 PAYLAŞIM

    Intel şirkəti Linux nüvəsinin tərtibatçıları üçün USB 4.0 spesifikasiyasının Linux nüvəsində dəstəyinin ilkin kod reallaşdırılmasını təqdim edib. USB interfeysinin yeni versiyası Thunderbolt 3 protokolu əsasında formalaşdırılıb və saniyədə 40 Gbit sürəti dəstəkləyir. Bununla belə o, USB 2.0USB 3.2 ilə sinxronlaşdırılmanı özündə qoruyub saxlayır. Bu barədə Opennet.ru saytı xəbər verib.

    Thunderbolt-a bənzər olaraq USB 4.0 interfeysi də Type-C girişinə sahib bir naqil üzrə müxtəlif protokolları tunelləşdirə bilir. Bura PCle, Display PortUSB 3.x də daxildirlər. Bir giriş üzrə bir neçə cihazın qoşulması üçün müxtəlif növ tunellərin yaradılmasından Connection Manager funksiyası cavabdehdir. O həm proqram həm də sistem yenilənməsi səviyyəsində reallaşdırıla bilər.

    Patchlar artıq Linux nüvəsinə daxil olan Thunderbolt drayveri əsasında hazırlanıb və onlar Thunderbolt 3 dəstəyini Connection Manager-in proqram səviyyəsinə əlavə edərək onu USB 4.0 ilə uyğunlaşan cihazlar və hostlarla çalışması üçün adaptasiya edirlər. Təqdim olunmuş kod hələki ilkin reallaşdırma statusu daşıyır USB 4.0-ün bütün imkanlarını əhatə etmir. Bununla belə təqdim edilmiş kod artıq PCle, Display Port və USB 3.x üçün tunellərin yaradılışını dəstəkləyir.  



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Siri'dəki sistem boşluğu macOS'dəki Apple Mail'də olan şifrələnmiş məktubları ox..

Apple məhsullarının problemləri üzrə fəaliyyət göstərən informasiya təhlükəsizliyi mütəxəssisi Bob G..


Python GitHub layihələri arasında Java'dan daha məşhur olub

Məşhur GitHub servisi 2019-cu il üzrə statistika analizinin hesabatını təqdim edib.


GitLab Çindən və Rusiyadan olan mütəxəssisləri işə götürməkdən qorxur..

GitLab-da Çindən və Rusiyadan olan mütəxəssislərin işə götürülməsinə qadağa qoyulması məsələsi müzak..


Chrome'da ciddi 0-day boşluğu aradan qaldırılıb

Google mühəndisləri heç gözlənilmədən Windows, Mac və Linux üçün Chrome brauzerinin Chrome 78.0.3904..


Python'un vacib versiyalarının təqdim olunma müddətlərində dəyişiklik edilib..

Python proqramlaşdırma dilinin tərtibatçıları sözügedən dilin vacib versiyalarının yeni təqdim olunm..


PHP 7-də PHP dəstəkli veb və nginx serverlər üçün təhlükə mənbəyi olan sistem bo..

Wallarm adlı şirkətin mütəxəssisləri PHP-nin yeni budağı olan PHP 7-nin tərkibində olan RCE boşluğun..