Intel şirkəti Linux nüvəsi üçün USB 4.0 drayverinin ilkin reallaşdırılmasını təqdim edib

Intel şirkəti Linux nüvəsi üçün USB 4.0 drayverinin ilkin reallaşdırılmasını təqdim edib

Code-News
07.10.2019 PAYLAŞIM

    Intel şirkəti Linux nüvəsinin tərtibatçıları üçün USB 4.0 spesifikasiyasının Linux nüvəsində dəstəyinin ilkin kod reallaşdırılmasını təqdim edib. USB interfeysinin yeni versiyası Thunderbolt 3 protokolu əsasında formalaşdırılıb və saniyədə 40 Gbit sürəti dəstəkləyir. Bununla belə o, USB 2.0USB 3.2 ilə sinxronlaşdırılmanı özündə qoruyub saxlayır. Bu barədə Opennet.ru saytı xəbər verib.

    Thunderbolt-a bənzər olaraq USB 4.0 interfeysi də Type-C girişinə sahib bir naqil üzrə müxtəlif protokolları tunelləşdirə bilir. Bura PCle, Display PortUSB 3.x də daxildirlər. Bir giriş üzrə bir neçə cihazın qoşulması üçün müxtəlif növ tunellərin yaradılmasından Connection Manager funksiyası cavabdehdir. O həm proqram həm də sistem yenilənməsi səviyyəsində reallaşdırıla bilər.

    Patchlar artıq Linux nüvəsinə daxil olan Thunderbolt drayveri əsasında hazırlanıb və onlar Thunderbolt 3 dəstəyini Connection Manager-in proqram səviyyəsinə əlavə edərək onu USB 4.0 ilə uyğunlaşan cihazlar və hostlarla çalışması üçün adaptasiya edirlər. Təqdim olunmuş kod hələki ilkin reallaşdırma statusu daşıyır USB 4.0-ün bütün imkanlarını əhatə etmir. Bununla belə təqdim edilmiş kod artıq PCle, Display Port və USB 3.x üçün tunellərin yaradılışını dəstəkləyir.  



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Mozilla şirkəti Firefox istifadəçilərinin zərərli kodlardan təhlükəsizliklərini ..

Mozilla şirkətinin tərtibatçıları zərərli kodun yerləşdirilməsinin qarşısını almaq üçün Firefox isti..


MacOS istifadəçilərinə Tarmac adlı malware hücum edir

Confiant şirkətinin mütəxəssisləri aşkar ediblər ki, ABŞ-da, İtaliyada və Yaponiyada olan zərərli re..


Bu ay Microsoft şirkəti öz məhsullarında 59 sistem boşluğunu aradan qaldırıb..

Microsoft şirkətinin bu aykı yenilənmələr paketi keçən aylarkı yenilənmələr paketi ilə müqayisədə bi..


Perl 6 proqramlaşdırma dilinin adının Raku'ya dəyişdirilməsi təklifi qəbul edili..

Perl proqramlaşdırma dilinin yaradıcısı Larry Wall, Perl 6-nın adının Raku-ya dəyişdirilməsi təklifi..


Firefox kodu XBL komponentlərindən tamamilə təmizlənib

Mozilla tərtibatçıları bildiriblər ki, onlar Mozilla kodundan XBL (XML Binding Language) dilində ola..


Hackerlərin kiberhücumlarını təyin etmək üçün süni zəka alqoritmi yaradılıb..

ABŞ-dan olan tərtibatçılar tərəfindən yaradılmış yeni alqoritm marşrutizatorların dinamik protokolla..