main-post-cover

    İrimiqyaslı kiberhücum? iPhone istifadəçiləri Apple ID hesablarının bloklanmasından şikayət edirlər

    Elm & Texnologiya
    13.11.2018
    Emil Nəcəfov
        9to5mac saytı çoxlu sayda iPhone istifadəçilərinin Apple ID hesablarının bloklanması barəsində xəbər verib. Belə ki, iOS əməliyyat sistemi Apple ID hesablarının bəzi ayarlarının dəyişdirilməsi barədə xəbərdarlığı əks etdirərək Apple ID hesablarının bloklanmasını xəbər verir. İstifadəçilər isə bu halda iMessage, iCloud Apple Music kimi servislərə daxil ola bilməzlər. Bir qayda olaraq istifadəçi bölməsində smartfonda olan istifadəçi məlumatlarının yenilənməsi üçün istifadəçidən şifrənin təkrarən qeyd olunması tələb olunur. Lakin saytın verdiyi məlumata əsasən bu halda da bir çox istifadəçi hesabları dondurulmuş vəziyyətdə qalıb.

        Bəzi istifadəçilər bildiriblər ki, yeni smartfonlardakı iOS əməliyyat sistemlərində istifadəçi hesabının qeydiyyatından sonra onlar yenidən giriş məlumatlarının daxil edilməsini tələb edən xəbərdarlıqla qarşılaşıblar. İstifadəçi hesabını yoxlanış suallarına cavab verməklə və yoxlanış prosesini işə salmaq üçün telefon nömrəsini qeyd etməklə bərpa etmək mümkündür. Bu hadisənin irimiqyaslı kiberhücum nəticəsində olub-olmadığı bilinmir. Belə ki, hackerlər istifadəçilərin Apple ID hesablarını hack etməyə çalışmış ola bilərlər. Lakin digər tərəfdən bu hadisə sadəcə olaraq Apple şirkətinin səhvi də ola bilər. Apple şirkəti isə öz növbəsində bu hadisə ilə bağlı hələki şərh verməyib.
    Linki kopyala