Linux-un nüvəsi 5.0 versiyasına yeniləndi

10.03.2019 0 PAYLAŞIM 136 OXUNMA

#Step IT Academy tərəfindən təqdim olunur  





Linux-un nüvə yenilənməsi çıxdı. Nüvənin versiyasını 5.x budağına keçirtdilər, laki o qədər də böyük dəyişiklər baş verməyib. Sadəcə olaraq Linuxun, elə özü dediyi kimi, dördüncü budaqda rəqəm saymaqdan "əl və ayaq barmaqları qurtarıb".

Linux 5.0 nüvəsində yeni nələr var?

  • AMDGPU drayveri ilə Freesync dəstəyi. Bu texnologiya ekranda kontentin yenilənmə tezliyinə nəzarət etmək üçündür. Sistemin cavablama vaxtı, qrafikanın hamarlılığı və elektrosərfiyyat bu tezlikdən aslıdır. Əgər ekranda görüntü kifayət qədər statikdirsə onun yenilənmə tezliyini aşağı salaraq enerjiyə qənaət etmək olar.
  • Adiantum dəstəyi. Bu fayl sistemi şifrlənmə texnologiyasını bu yaxınlarda Google təqdim edib. Adiantum zəig cihazlarda kriptoqrafik təhlükəsizlik imkanını təmin edir. Bu cihazlarda adi blok şifrəməsi olan AES tətbiqlərin işini və ümumilikdə sistemin sürətini zəiflədir.
  • Prosessorlar-arası əlaqə üçün BinderFS fayl sisteminin dəstəyi.
  • NVIDIA GeForce RTX 2000 prosessorlarının Nouveau drayveri ilə başlanğıc dəstəyi.