Microsoft şirkəti GitHub'ın ehtiyat kopyasını yaradıb
Digər
Code-News
15.11.2019
Farid Pardashunas
Dünyanın sonu halında IT sənayenin aqibəti təkcə bu məsələyə yaxından həvəs göstərənləri maraqlandırmır. Bu səbəbdən Microsoft şirkəti özünə məxsus olan GitHub servisinin tərkibində olan bütün məlumatları xüsusi bunkerdə saxlayacaq. Nəzəri cəhətdən həmin bunker dünyanın sonunu da geridə qoya bilər. Bu barədə Futurism saytı xəbər verib. GitHub-ın ehtiyat kopyası Norveçdə yerləşən Arctic World Archive adlı bunkerdə yerləşdiriləcək. 2017-ci ildən bəri həmin bunkerdə Vatikan arxivlərinin, filmlərin və bir çox digər məlumatlarının backupları saxlanlır.
Nəzəri cəhətdən dünyanın sonundan sonra rəqəmsal yaddaş modulları olmayacaq, GitHub-ın tərkibində olan bütün məlumatlar (Linux, Android və minlərlə digər tətbiqlərin kodları) xüsusi hazırlanmış lentə yazılıb. Lentdə əks olunmuş hər bir şeyi adi böyüdücü şüşə ilə oxumaq mümkün olacaq. Gözləntilərə əsasən hətta Yer kürəsində olan bütün sərt disklərin zədələnməsi halında da bu cür məlumat lenti itmiş texniki məlumatları bərpa etməyə imkan verəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ