main-post-cover

    Microsoft şirkəti yeni müasir əməliyyat sistemindən danışdı

    Digər
    Code-News
    30.05.2019
    Farid Pardashunas


        Bu həftə Tayvanın paytaxtı Taybey şəhərində keçirilmiş Computex tədbirində Microsoft şirkəti özünün yeni əməliyyat sistemi ilə bağlı planları haqqında danışdı. Bu barədə Gagadget saytı xəbər verib. Microsoft şirkətinin istehlakçı məhsulları və cihazlarının satışı üzrə vitse-prezidenti Nick Parker bildirib ki, şirkətin gələcəkdəki əməliyyat sistemində fon rejimində baş verəcək və istifadəçi tərəfindən hiss edilməyəcək sistem yenilənmələri olacaq. Sistem daimi şəbəkəyə qoşulu olmaqla bir yerdə daha təhlükəsiz və stabil olmalıdır.
        Parker yeni əməliyyat sistemi barəsində danışarkən süni zəka və müxtəlif idarəetmə texnologyaları (səs, toxunuş, stilus və hətta insan baxışları) barəsində danışıb. Bu funksiyalardan bəzilərinin Wndows-a inteqrasiya olunacağına baxmayaraq görünür, şirkət öz əməliyyat sistemini tamamilə yenidən kəşf etmək istəyir. Şirkət həmçinin rəsmi olaraq bildirib ki, o, yeni Windows 10 versiyasını test edir və onun təqdimatı 2020-ci ildən tez baş verməyəcək. Bu müasir əməliyyat sisteminin Windows 10-nun bir hissəsinin olacağı və ya tamamilə yeni əməliyyat sistemi olacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər