main-post-cover

    Mozilla reklam şəbəkələrinin istifadəçiləri izləmə üsullarını öyrənməyə imkan verən saytı təqdim etdi

    Digər
    Code-News
    05.07.2019
    Farid Pardashunas


        Mozilla şirkəti Track THIS adlı servisi təqdim edib. Bu servis istifadəçilərin nələrə üstünlük verdiklərini izləyən reklam şəbəkələrinin iş üsullarını qiymətləndirməyə imkan verir. Bu barədə Opennet.ru saytı xəbər verib. Sözügedən servis avtomatlaşdırılmış şəkildə 100-ə yaxın qovluğun açılması vasitəsilə şəbəkədə 4 ədəd istifadəçi hesabının davranışını simulyasiya edir. Daha sonra reklam şəbəkələri seçilmiş hansısa istifadəçi hesabına müəyyən kontentləri təklif edirlər.
        Məsələn əgər çox varlı insanın istifadəçi hesabı seçilərsə həmin istifadəçi hesabına, bahalı hotellər, lüks avtomobillər, premium brendlər və eksklüziv klublar təklif olunacaq. Hipster tərz davranışa sahib insanın istifadəçi hesabını seçdikdə isə həmin istifadəçi hesabına yeni tendensiyalar, eksklüziv təkliflər, rahat geyim növləri və ən son musiqi yenilikləri təklif olunacaq.
        Paranoik tərz davranışa sahib insan üçün nəzərdə tutulmuş istifadəçi hesabını seçən zaman həmin istifadəçi hesabı üçün haqqında şaiyələr gəzən bir çox məlumatlar, bunkerlərin yaradılması barəsində gizli məlumatlar və s. təklif olunacaq. İdarəolunan istehlakçı davranışlarına sahib istifadəçi hesabını seçən zaman isə həmin istifadəçi hesabına dəbli paltarların, dəriyə qulluq vasitələrinin, astroloji proqnozların və bəyənmə sayları ilə abunəçilik məsələlərinə aid təklif reklamları əks olunacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər