main-post-cover

    Python'un vacib versiyalarının təqdim olunma müddətlərində dəyişiklik edilib

    Digər
    Code-News
    03.11.2019
    Farid Pardashunas
        Python proqramlaşdırma dilinin tərtibatçıları sözügedən dilin vacib versiyalarının yeni təqdim olunma sxeminə keçidi təsdiqləyiblər. Belə ki, bundan sonra Python-un vacib versiyaları hər 6 ayda bir dəfə deyil, ildə 1 dəfə təqdim olunacaqlar. Bu üsul ilə Python 3.9-u 2020-ci ilin oktyabr ayında gözləmək lazımdır. Əməliyyat sisteminin vacib versiyalarının ümumi hazırlanması isə 17 ay təşkil edəcək. Bu barədə Opennet.ru saytı xəbər verib. Əməliyyat dilinin yeni budağının hazırlanmasına növbəti budağın təqdim olunmasına 5 ay qalmış start veriləcək. Yəni təqdim olunmağa hazırlaşan budağın beta test mərhələsinə keçid etməsi zaman.
        Daha sonra 7 ay ərzində yeni budaq alfa versiyalar şəklində təqdim olunacaqlar və onlara yeni imkanlar əlavə olunacaqlar. Bununla yanaşı həmin versiyalarda olacaq boşluqlar da aradan qaldırılacaq. Növbəti mərhələdə isə 3 ay ərzində budağın beta testi keçiriləcək. Həmin mərhələ çərçivəsində yeni imkanların əlavə edilməsi tamamilə dayandırılacaq və əsas diqqət mövcud olan problemlərin aradan qaldırılmasına ayrılacaq. Yeni budağın təqdim edilməsinə son 2 ay qalmış həmin budaqda final stabilizasiya keçiriləcək.
        Məsələn Python 3.9-un hazırlanmasına 4 iyun 2019-cu il tarixində start verilmişdi. Budağın ilk alfa versiyası 14 oktyabr 2019-cu ildə təqdim olundu. İlk beta versiyasının isə 18 may 2020-ci il tarixində təqdim olunacağı gözlənilir. Avqust ayında budaq final stabilizasiya mərhələsinə keçid edəcək. Nəticədə isə budağın tam hazır final versiyasının 5 oktyabr 2020-ci il tarixində təqdim olunacağını gözləmək lazımdır. Budağın tam hazır final versiyasının təqdim olunmasından sonra 1 il yarım ərzində onun dəstəklənməsi reallaşdırılacaq. Daha sonra isə 3 il yarım ərzində onun üçün boşluqların aradan qaldırılması yenilənmələri hazırlanacaq. Nəticədə budağın ümumi dəstəyi 5 il ərzində reallaşdırılacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər