main-post-cover

    Samsung şirkəti Linux on Dex layihəsini ləğv etdi

    Digər
    Code-News
    21.10.2019
    Farid Pardashunas
        Samsung şirkəti Linux on Dex mühitinin test proqramının ləğv edilməsini elan etdi. Beləliklə bundan sonra Android 10 əməliyyat sistemli cihazlar üçün bu mühitin dəstəyi təqdim olunmayacaq. Bu barədə Opennet.ru saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Linux on Dex mühiti Ubuntu əsasında hazırlanmışdı. Dex cihazı vasitəsilə smartfonun stasionar monitora, klaviaturaya və siçana qoşulması halında Linux on Dex mühiti sayəsində smartfonda tam Linux iş masasını yaratmaq mümkün olurdu. Həmin üsul planşetlər üçün də çalışırdı. Smartfonun HDMI və ya Miracast WiFi Display texnologiyalarına bənzər digər texnologiyalar vasitəsilə monitora qoşulması ilə tam iş masasının reallaşdırılması məsələsində daşınıla bilən Linux mühiti layihələrindən Maru OS, Complete Linux Installer, Linux Deploy, UserLAnd, AnLinuxGNURoot-u misal gətirmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər