main-post-cover

    Sistem yenilənməsindən sonra Windows 10-da yeni problem aşkar edilib

    Digər
    Code-News
    18.09.2019
    Emil Nəcəfov
        Windows 10 yenilənməsindən sonra ortaya çıxmış şəbəkə problemindən 3 gün keçmədən daha bir bug aşkar edilib. Hətta bu dəfə aşkar edilmiş problem “qırmızı ekran” problemindən daha ciddidir. Belə ki, kompüterin işə salınmasından sonra bu sistem səhvi baş verir və nəticədə istifadəçi ənənəvi üsul ilə sistemə giriş edə bilmir. Bu barədə Wccftech.com saytı xəbər verib.
        Sözügedən problem 10 sentyabr tarixində işıq üzü görmüş KB4515384 sistem yenilənməsi ilə bağlıdır. Məlumata əsasən Windows 10 əməliyyat sistemi ilə çalışan hər 4 kompüterdən 3-ü sistemə giriş problemi ilə üzləşib. Nəticədə istfadəçi bu problem səbəbilə sistemə giriş üçün kompüter ekranında PIN kodu daxil edə bilmir. Sözügedən yenilənmənin sistemdən silinməsi də bu problemi həll etmir.
        Problemi aradan qaldırmaq üçün yeganə yol isə C:WindowsServiceProfileLocalServicesAppDataLocalMicrosoftNgc qovluğunun daxilində olan bütün faylları silmək və kompüteri yenidən işə salmaqdır. Kompüteri yenidən işə salandan sonra isə kompüter ekranında PIN kodun daxil olunması bərpa edilir. Sistem yenilənməsinin bu problemi ilə qarşılaşmış istifadəçilər yuxarıda qeyd olunmuş üsuldan istifadə edə bilərlər. Digər istifadəçilərə isə bu problemin rəsmi şəkildə aradan qaldırılmasına kimi Windows yenilənmə mərkəzinin işinin dayandırılması məsləhət görülür.
    Linki kopyala