main-post-cover

    Süni zəka videoları aktyorların yerinə səsləndirməyi öyrənib (VİDEO)

    Digər
    Code-News
    17.06.2019
    Farid Pardashunas


        Çəkilmiş videonun montajı çox zəhmət tələb edən bir prosesdir. Deyilmiş səhv bir söz və ya replika videonun tamamilə yenidən çəkilməsinə və ya rejissorun artıq hazır material üzərində qəliz manipulyasilarına səbəb ola bilər. Alimlər bu problemi həll etməyə qərar veriblər. Belə ki, onlar uğursuz alınmış kadrların montaj funksiyasını süni zəka texnologiyasının üzərinə inteqrasiya ediblər. Beləliklə həmin süni zəka texnologiyası izləyicinin də xəbəri olmadan aktyorun səsi ilə düzgün replikaları söyləyə bilir. Bu barədə Futurity.org saytına istinadən 4pda saytı xəbər verib.
        Stenford Universitetinin tədqiqatçılar komandası sadə mətn köməyi ilə səs yazısının redaktə olunması üçün xüsusi alqoritmi təqdim edib. Həmin alqoritm öncədən çəkilmiş videonun müxtəlif fraqmentlərindəki danışıq hərəkətləri mexanizmindən istifadə edərək aktyorların və diktorların lazımi dodaq hərəkətlərini yaradarır və nəticədə danışıq hərəkətlərinin redaktə edilmiş materiala çevirir. Adi mətnin redaktə olunmasındakı kimi videonun bu cür montajı zamanı alqoritmə yeni sözlər əlavə etmək, lazımsız replikaları tamamilə silmək və ya dəyişmək olar. Nəticədə tam normal montaj edilmiş bir video alınacaq.

        Əgər aktyor çəkiliş zamanı öncədən hazırlanmış mətni səhv şəkildə tələffüz etsə, bu səhvi düzəltmək üçün alqoritmə klaviatura vasitəsilə sadəcə olaraq lazımi düzəlişləri vermək kifayət edəcək. Neural Rendering adlı machine learning texnologiyası videonun digər hissələrində səsləndirilmiş sözlərdən və ya söz hissələrindən lazımi sözü yığacaq. Hal hazırki mərhələdə bu neyron şəbəkənin öyrədilməsi üçün xronometrajı 40 dəqiqədən çox olmayan video lazım olur.
        Tədqiqatçılar əmindirlər ki, videonun bu yeni montaj üsulu redaktorlar və prodüsserlər üçün əla alət olacaq. Lakin bununla yanaşı onlar qorxurlar ki, bu alqoritmdən fake videoların yaradılmasında istifadə edə bilərlər. Tədqiqatçıların sözlərinə görə bu cür texnologiyanın istifadəsi reqlament olunmalıdır. Məsələn onlar təklif edirlər ki, izləyicilər videonun bu cür texnologiya vasitəsilə redaktə olunduğunu bilsinlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər