TabNine adlı süni zəka yazılan kodu proqramçının yerinə sona çatdırır (VİDEO)
Digər
Code-News
29.07.2019
Farid Pardashunas
Biz artıq istifadəçilər tərəfindən yazılmış hansısa sözü tamamlayan avtomatik mətn redaktorlarına öyrəşmişik. Lakin indi həmin prosesi proqramçılar öz kodlarına da tətbiq edə bilərlər. Belə ki, TabNine adlı alət proqramçı tərəfindən yazılmış kod əsasında həmin kodun növbəti elementini təklif edir. Bu barədə The Next Web saytına istinadən Hightech.plus saytı xəbər verib. TabNine alətindən istifadə etmək üçün onu sadəcə olaraq hal hazırda mövcud olan redaktorlardan birinə inteqrasiya etmək lazımdır.
Bu alət Python, JavaScript, Java, C++, C, PHP, Go, C#, Ruby, Objective-C, Rust, Swift də daxil olmaqla 22 proqramlaşdırma dilini dəstəkləyir. TabNine alətinin yaradıcısı olan tərtibatçı Jacob Jackson-un sözlərinə əsasən sözügedən alqoritmin əsasında OpenAI təşkilatının GPT-2 təbii dilinin emal sistemi dayanır. Sözügedən süni zəka sisteminin öyrədilməsi üçün 2 milyondan çox GitHub faylı istifadə olunub.
Varolan kod sətrinin emal olunması zamanı TabNine həmin sətrin yekunlaşdırılması üçün olan mümkün variantı öz geniş təcrübəsi əsasında təqdim edir. Hal hazırda TabNine beta test mərhələsindən keçir. Həmin beta test mərhələsinə bu link vasitəsilə qoşulmaq olar. Tərtibatçılar həmçinin alqoritmin kompakt versiyası üzərində də çalışırlar. Həmin kompakt versiya adi kompüterlərdə çalışmaq üçün nəzərdə tutulub. Bununla yanaşı alqoritmin korporativ versiyası da hazırlanır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)