
Ubuntu bundan sonra Chromium'u snap paketlər şəklində təqdim edəcək
Code-News
18.06.2019
Emil

Ubuntu tərtibatçıları Chromium brauzeri ilə deb paketlərin verilməsindən imtina etmək planını açıqlayıblar. Bunun yerinə onlar snap formatında paketlərin təqdim olunmasına keçid etmək niyyətindədirlər. Bu barədə Opennet.ru saytı xəbər verib. Beləliklə Chromium 60-dan başlayaraq Chromium-u həm ştat repozitoriyasından quraşdıra həmdə snap formatında quraşdıra biləcəklər.
Ubuntu 19.10 versiyasında isə Chromium yalnız snap formatında təqdim olunacaq. Ubuntu-nun keçmiş budaqlarının istifadəçiləri üçün müəyyən müddət ərzində hələ də deb paketlər təqdim olunacaqlar. Lakin sonda nəticə etibarilə onlar da snap formatına keçid etməli olacaqlar. Chromium-lu deb paketlərin istifadəçiləri üçün final yenilənmələr postu vasitəsilə snap-a keçid imkanı veriləcək. Beləliklə həmin üsul snap paketini quraşdıracaq və hal hazırda olan ayarları $HOME/ .config/chromium-dan daşıyacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
