
15 il bundan öncə (20 oktyabr 2004-cü il) Linux distributivi olan Ubuntu-nun ilk versiyası (4.10 Warty Warthog) işıq üzü görmüşdü. Layihə Cənubi Afrika milyoneri Mark Shuttleworth tərəfindən yaradılmışdı. Həmin vaxtda o, Debian Linux-un hazırlanmasında iştirak edirdi və yekun istifadəçilərə gözlənilən tərtibat dövrünə sahib stolüstü distributivin yaradılması ideyasından ilhamlanmışdı.
Facebook milyarderlərinin həyatı.
Nəticədə Ubuntu layihəsinə Debian layihəsindən bir neçə tərtibatçı cəlb olundu. Onlardan bəziləri indiyənə kimi hər iki layihənin inkişaf etdirilməsində iştirak edirlər. Ubuntu 4.10-nun Live versiyasını hələ də yükləmək olar. Bu üsulla istifadəçilər həmin versiyanın 15 il bundan öncə necə göründüyünü qiymətləndirə bilərlər. Həmin versiyaya GNOME 2.8, XFree 86 4.3, Firefox 0.9 və OpenOffice.org 1.1.2 daxil idilər.