Unity redaktoru rəsmi olaraq Linux'u dəstəkləməyə başladı

04.06.2019 0 PAYLAŞIM 487 OXUNMA



    Məşhur oyun mühərriki olan Unity-nin redaktorunu Linux üçün artıq Unity-nin rəsmi saytından yükləmək olar. Bu barədə Habr.com saytı xəbər verib. Redaktor hələki 2019.1 versiyalı test rejimində bütün lisenziyalar (Personal, Plus və Pro) üçün aktivdir. Redaktorun Linux əməliyyat sistemini tam dəstəkləməsi isə 2019.3 versiyası ilə başlayacaq. Qeyd etmək lazımdır ki, uzun müddət ərzində Linux üçün Unity istifadəsi 2015-ci ildə təqdim olunmuş təcrübi versiya vasitəsilə reallaşdırılırdı. Tərtibatçılar sonunda bu vəziyyəti düzəltməyi və Linux üçün rəsmi dəstəyi əlavə etməyi qərara aldılar. Linux-da redaktor üçün onlar aşağıda qeyd olunmuş ayarları məsləhət görürlər:

Ubuntu 16.04, 18.04 və ya CentOS 7

x86/64 arxitekturası

X windows system-li gnome işlək mühiti

Nvidia və ya AMD Mesa qrafik drayverləri.

    Əgər siz 3D ilə işləmək üçün əlavə tətbiqlərdən istifadə edirsinizsə, həmin tətbiqlərin də Linux-u dəstəkləyib-dəstəkləmədiklərini yoxlamalısınız. Bundan əlavə olaraq Linux üçün olan redaktoru virtual maşınlarda istifadəsi məsləhət görülmür. Redaktorun quraşdırılması, yaranan məşhur problemlər və lazımi əlavə paketlər barəsində məlumatları isə bu linkdən öyrənə bilərsiniz.