Vivaldi Technologies: 'Reklam bloklanması istifadəçinin seçimi olmalıdır'

Vivaldi Technologies: 'Reklam bloklanması istifadəçinin seçimi olmalıdır'

Code-News
06.06.2019 PAYLAŞIM



Bənzər xəbər


    Hal hazırda varolan demək olar ki, bütün reklam və gizli treker bloklayıcılarının əsasında duran webRequest API-dan imtina bir çox reklam bloklayıcı əlavələrinin (AdBlock, uBlock OriginGhostery) işlərini məhv edəcək. Alternativ API artıq hazırlanma və test mərhələsindədir. Lakin o, webRequest API-ı tam əvəzləyəcək gücdə deyil. Bu barədə Habr.com saytı xəbər verib. Bundan əlavə olaraq Google şirkəti tərəfindən təqdim olunmuş dəyişikliklər təkcə reklam bloklayıcılarına deyl həm də təhlükəsizlik əlavələrinə və valideyn idarəetməsi üçün olan tətbiqlərə də təsir göstərəcək.

    Bu mövzuya istifadəçilərin reaksiyaları tamamilə dəqiq və anlaşılan oldu. Onlar ənənəvi alətlərdən məhrum olmaq istəmirlər, tətribatçılar isə öz əlavələrinin maksimal funksionallığını saxlamaq istəyirlər. Görünür, Google şirkətinin dəyişiklikləri heç də hamının xoşuna gəlmədi. Bu məsələdə narazılıq o qədər ciddi idi ki, Google şirkət hətta müəyyən  planlarından imtina edərək güzəştə getdi. Lakin yalnız korporativ müştərilərə qarşı. Belə ki, keçən həftə Google təmsilçiləri bildirdilər ki, köhnə API işlək vəziyyətdə qalacaq. Lakin yalnız biznes üçün olan brauzerin xüsusi versiya istifadəçiləri üçün.

    Google şirkətinin bu qərarı ilk öncə müasir online reklam bazarının şərtlərinə görə uyğunlaşdırılıb. Bir tərəfdən Google şirkəti var və o, reklamdan gəlir əldə edir. Bu şirkət sizə uyğun reklamları təyin etmək üçün o sizin kim olduğunuz və nə ilə maraqlandığınız barəsində məlumatları bilməlidir. Bir tərəfdən də izlənmədə olmaqdan və hər dəfə bezdirici reklamları görməkdən heç də xoşları görməyən istifadəçilər var. Bu məsələdə onları da başa düşmək olar.

    Reklam bloklanması bir qədər qəliz sualdır. Bizim indiki vaxtda istifadəsinə öyrəşdiyimiz internet məhz reklamların hesabına mövcuddur. Məhz reklamlar sayəsində siz bir çox saytlardan pulsuz istifadə edə bilirsiniz. İnternetdən reklamları yığışdırın və hal hazırda pulsuz olan bir çox servis öz mövcudluğunu dayandıracaq. Məhz bu səbəbdən sizin brauzerinizdə hələ də standart olaraq reklam bloklayıcısı quraşdırılmayıb. Lakin məşhur Vivaldi brauzerinin yaradıcısı olan Vivaldi Technologies şirkəti istifadəçilərin seçimə sahib olmalarını istəyir.

    Əgər siz bezdirici reklamları görmək istmirsinizsə, siz bunun üçün xüsusi əlavələr quraşdıra bilərsiniz. Bəli, Vivaldi-nin öz bloklayıcı sistemi yoxdur. Lakin biz bu funksiyaları kənar tərtibatçılar tərəfindən təqdim edirik. Vivaldi brauzeri Cromium mühərriki əsasında qurulub və biz hal hazırda olan API-dakı dəyişikliklərə Google şirkətinin söz verdiyi məhdudlaşdırıcı özəllikləri necə reallaşdıracağı üzriə reaksiya verəcəyik. Chromium hər 6 həftədən bir yenilənir və bu müddət çərçivəsində yeni kod Vivaldi-yə inteqrasiya edilməlidir.

    Hələki bütün dəyişikliklər nəzəri xarakter daşıyır və bu məsələnin necə inkişaf edəcəyi üzrə bir sıra ssenari var. Nəsə konkret bir şey söyləmək lüçün hələ tezdir. Nəzəri cəhətdən biz silinmiş API-ı bərpa edə bilərik. Əgər API tamamilə silinsə və onun alternativ versiyası təqdim olunmasa biz öz problem həllimizi təqdim edə bilərik. Google şirkəti hələ yekun qərar verməyib və buna görə də bizim hələki vaxtımız var. Çox güman ki, vəziyyət yaxın zamanda dəyişəcək. Təbii ki, hamımız üçün yaxşı olacaq ssenarinin də reallaşacağını istisna etmək olmaz: Bəlkə yeni API funksionallıq baxımından webRequest API-ı təkrarladı?

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


2020-ci ildə məlumatların vizualizasiyası üçün aktual olacaq Top-8 JavaScript ki..

JavaScript-də məlumatları daha gözəl şəkildə təqdim etmək lazımdır?


Microsoft bu il olmuş qeyri adi fişinq kiberhücumlarından danışdı

Bir neçə müddət bundan öncə isə Microsoft şirkəti kiberhücumlar və malware-lar üzrə trendləri əks et..


Microsoft Windows-da 0-day boşluğu da daxil olmaqla 7 kritik sistem boşluğu arad..

Microsoft şirkəti bu ay təqdim etmiş olduğu yenilənmələr ilə öz sistemlərində 36 boşluğu aradan qald..


Microsoft Teams platformasının Linux versiyası təqdim edildi

Microsoft şirkəti Microsoft Teams platformasının Linux versiyasını təqdim edib.


OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilib

OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilərək aradan qaldrılıb.


Sadə tətbiqlərin müxtəlif proqramlaşdırma dillərindəki test nəticələri təqdim ed..

Assembler x86_64-də HeavyThing adlı azad kitabxananı reallaşdırmış müəllif Jeff Marrison “Assembler-..

×