main-post-cover

    WordPress plaginində olan boşluq vasitəsilə saytlara zərərli reklamlar yüklənir

    Digər
    Code-News
    25.07.2019
    Farid Pardashunas


        Wordfence şirkətinin analitikləri Coming Soon Page & Maintenance Mode plaginində keçən həftə aşkar edilmiş XSS boşluğundan artıq istifadə olunduğunu aşkar ediblər. Avtorizasiya prosesindən keçməmiş hackerlər bu boşluq vasitəsilə sözügedən plaginin 1.7.8 və daha aşağı versiyalarında zəif saytların frontendlərinə JavaScript HTML yerləşdirə bilirlər. Bu barədə Xakep.ru saytı xəbər verib. Bu kod isə öz növbəsində sayta hackerlərin idarəsində olan kənar domenlərdən payload yükləmək imkanını verir.
        Beləliklə ilk öncə qurban domenə yönləndirilir və həmin domen istifadəçinin istifadə etdiyi cihazı təyin edir. Daha sonra bu və digər faktorlara əsaslanaraq istifadəçi zərərli saytlardan (saxta texniki dəstək resursları, porno saytlar, Android üçün nəzərdə tutulmuş müxtəlif APK faylların yüklənməsi saytları və s.) birinə yönləndirilir.

        Bununla yanaşı tədqiqatçılar müxtəlif üsullar və eksploitlər vasitəsilə istifadəçinin brauzerinə hücum edən saytları da aşkar ediblər. Bununla yanaşı hackerlər qurbanların saytlarına pop-up reklamları da əlavə edirlər. Bunu reallaşdıran zərərli JavaScript kodu bu cür kiberhücum kampaniyası ilə əlaqəli olan domenlərdə aşkar edilib. Bundan əlavə olaraq mütəxəssislər daha öncədən müxtəlif üsullarla yoluxmuş legitim saytlardan skriptləri yükləyən injektləri də aşkar ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər