main-post-cover

    Yaxşı dizaynı pisdən ayıra bilmək üçün 6 qayda

    Digər
    Code-News
    18.12.2018
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  




        Bir çoxları elə bilirlər ki, dizayn subyektiv anlayışdır və “hərənin öz zövqü var”. Amma əslində bu belə deyil. İnsanlar tez-tez dizayn ilə incəsənəti qarışdırırlar. “Design” sözünü görəndə beyinlərində “Art” səslənir, sinonimləşdirirlər. Buna görə də çox vaxt birinin xüsusiyyətlərini digərinə aid edirlər.
        İncəsənət subyektivdir, bu demək olar ki, heç bir qaydası olmayan bir oyundur. Dizayn isə başqa anlayışdır, adicə bu sahə üçün hər-hansı prinsiplərin tərtib edilməsi, artıq bu oyunun öz dəmir qaydalarının olması barədə xəbər verir. Və əgər qaydalar varsa, deməli o qaydalara riayət etməyəni pis iş görmüş hesab edirik və dolayı yol ilə dizayn subyektivlik çərçivəsindən çıxmış olur. Amma biz dizaynın 100% obyektiv olmasını da deyə bilmərik. Hər zaman və hər bir yaradıcılıq tələb edən işdə şəxsi seçim məsələsi və yaradıcının aid olduğu mədəniyyət və təcrübə məqamları işə təsir edir.
        Kiçik bir subyektivlik hissəciyinin olması demək deyil ki, siz yaxşını pisdən ayırd edə bilməyəcəksiz. Bu sadəcə o deməkdir ki, ilkin təəssürat zamanı və istifadəyə başlayana qədər siz yalnışlıqla bərbadı əla və mükəmməl olanı əksinə bərbad zənn edə bilərsiniz (“önyarqı” məsələsi). Gəlin bir nümunə üzərindən işləyək:
    Filip Ştarkın (Philippe Starck) yaratdığı məhşur Juicy Salif şirəsıxanı.
        Məncə hərkəs razılaşacaq ki, bu çox zövqlü bir dizayndır. İdeal görsənir. Lakin əsas sual budur: İşləyirmi?
        Cavab: Xeyr.
        - Niyə?
        Çünki onun çoxlu funksional problemləri var. Heç sadalamayacağam da (Sadəcə Amazon-da axtarıb rəyləri oxuya bilərsiniz, çox maraqlı hətta gülməli şərhlər var). Qısa olaraq, o heç əsas məqsədini də yerinə yetirə bilmir - meyvədən şirə sıxa bilmir.
        Nəticə - cəlbedici görkəm yaxşı dizayn demək deyil. Görünüşün dərinliklərini anlamaq üçün Jose Torre-nin tərtib etdiyi 6 prinsip barədə danışacağıq. Bu qaydalardan istifadə edərək siz pis dizaynı yaxşı dizayndan ayırd edə biləcəksiniz.
        Az öncə danışdığımız şirəsıxandan artıq bilirsiniz ki, ilk qayda hansı olacaq…
    DİZAYNER OLMAQ İSTƏYİRSƏN?
    1. Dizayn effektivdirmi? 
        Dizayn mövcud problemi həll etmək üçün yaradılır. Narahat veb-sayt, dəqiq auditoriya üçün məhsul və ya yeni biznes, hansınaki logo lazımdır - problem/məqsəd nə istəsən ola bilər.
        Bu o bənddir ki, biz dizaynın nə dərəcədə yaxşı olmasını müəyyən edirik. Əgər dizayn bu bəndə müsbət cavab vermirsə ardını heç müəyyənləşdirməyə gərək yoxdur. Çünki bu halda dizayn heç yaradılma məqsədin yerinə yetirmir.
        Çox vaxt məhz bu məqam dizayner ilə müştəri arasında mübahisə yaradır. Dizaynerlər problemi tam dərk etmədən işə keçirlər və öz portfoliolarında qəşəng görünəcək bir həll yaratmağa başlayırlar. Onlar başa düşmürlər ki, dizayn müştərinin problemini həll etmək üçün yaradılır, yaradıcının vitrini üçün yox.
        Dizaynın effektiv olması üçün həm müştərinin həm də müştərinin istifadəçisinin problemini anlayıb hətta eyni problemi yaşamaq lazımdır. Dizaynerlər işə başlayanda durmadan “Nə üçün?” sualını verməlidirlər. Bu sual danışıqlar zamanı nə qədər çox səslənsə son məqsəd bir o qədər aydın formalaşacaq. Hərdən müştəri bir xahiş ilə müraciət edir və suallara cavab verdikcə anlayır ki, əslində ona tamamilə başqa bir həll lazımdır. Yalnız bu cür sual-cavablardan sonra köməyin ehtiyaca düzgün cavab verə bilməsini müəyyən etmək olar.
        Əgər dizayn effektivdirsə, növbəti bəndə keçə bilərik.
    2. Dizayn lazım olan tondadırmı?
        Tonu müəyyən etmək üçün iki məqama dəqiq cavab lazımdır: Brend və Auditoriya.
    Brend
        “Brend” terminini adətən biznesə aid edirlər, amma söz təkcə bununla sərhədlənmir. Brend daha çeşidli bir anlayışdır, hətta bizim hər-birimizin öz şəxsi brendi də var. Sizin brend - ətrafınızdakıların sizi necə birisi kimi tanımasıdır. Elə şirkət və digər məqamlarda da eyni yanaşma istifadə olunur.
        Yaxşı dizayn şirkətə öz brendini idarə etmək imkanını verir, ictimai düşüncəni şirkətə lazım olan tərəfə çəkmək üçün işləyir.
    Auditoriya
        Şirkət auditoriyası (targeti) dəhşətli böyük kütlələrdən kiçik bir kütləyə qədər dəyişkən rəqəm ola bilər. Əgər dizayner şirkətin hədəflədiyi auditoriyanı dəqiq tanıyırsa, burada sadəcə həmin auditoriyaya nəyin uyğun olmasını müəyyən etmək qalır.
        Ümumilikdə, auditoriya nə qədər genişdirsə, dizayn bir o qədər sadə və aydın olmalıdır. Ona görə də biz görürük ki, şirkətlər böyüdükcə öz “ruhunu” itirirlər. Bu ona görə baş verir ki, kiçik auditoriya üçün işləyən “variantlar” böyük auditoriyalarda yalnışanlaşılma yarada bilərlər. Bu davranışları böyük auditoriyalara çatmaq üçün qurban verirlər. Sizin auditoriya kiçik olanda isə bu “variantlar” əksinə sizin xeyrinizə işləyir.
        Real nümunə üçün gəlin McDonalds ilə lokal bir burgerxananı müqayisə edək. Onlar eyni məhsulu fərqli cür satırlar. Lokal burgerxana dizaynda müasir həllərdən istifadə etməklə yenilik axtarışında olan insanları cəlb edir. Bir siz Bauron-un saytındakı illustrasiyalara baxın.
        Digər tərəfdə isə McDonalds - O öz müştəriləri ilə daha asan formada ünsiyyətə keçir, daha geniş auditoriyaya xitab edir, heç kəsi xüsusiləşdirmir və heç kəsə etiraz etmir.
    3. Bu dizayn zaman yoxlamasından keçə bilirmi?
        Yaxşı dizayn zamandan asılıdır. Əslində hər kəs zamandan asılı olmayan bir dizayn istəyir. İstəyir ki, heç vaxt köhnə görünməsin. Amma bu yanaşma həmişə düzgün olmur və hətta bəzi hallarda ümumiyyətlə mənfi işləyir. Hər şey dizaynın məqsədi və bu məqsədin həyat müddətindən asılıdır.
        Misal üçün, əgər siz iki il sonra yenilənəcək və ya atılacaq olan bir məhsul üçün veb sayt hazırlayırsınızsa, müasir və dəbdə olan elementlərdən istifadə etməlisiniz ki, tez önə çıxasınız. Belə etsəniz sizin məhsul dəbli və aktual görünəcəkdir. Amma bunun üçün trendləri araşdırmaq lazımdır. Geri qalmış trenddən istifadə etsəniz gülüş obyekti olacaqsınız.
        Digər tərəfdən, əgər biz illərlə, onillərlə istifadə olunacaq bir loqo barədə danışırıqsa, dizaynerlərin ekstravaqant dəbli yanaşmalarından kənar durmaq lazımdır. Misal üçün Starbucks-ın logosunun redizaynına baxın.
    Nəticə: Dizayn nə qədər asan olsa, bir o qədər çox qalacaq.
    1971, 1987, 1992 və 2011-ci illər ərzində Starbucks logosunun iterasiyası
        Deməli, bu bəndi keçmək üçün sizə dizaynın həyat dövrünü anlamaq və ona uyğun həll tapmaq lazımdır. Dizayn, məqsədinin həyat dövrünə uğundurmu? Əgər cavab müsbətdirsə davam edək.
    4. Dizaynda nöqsanlar varmı?
        Nöqsan dediyimiz istifadəçiyə mane olan xırdalıqlardır. Nə qədər çox nöqsan varsa, müştəriyə bu dizayn vasitəsi ilə problemini həll etmək bir o qədər çətinləşir. Adətən nöqsanlar çətin mətn və ya narahat saytlarda olur.
        Mətn kiçik yazılanda.
        Əgər araşdırsanız təəccüblənərsiniz - nə qədər dizayner xoşgörkəmli sayt üçün oxumaq asanlığını qurban veriblər. 
        Təqdim etmək istədiyiniz məlumatın qədərini hərtərəfli ölçmək lazımdır. Məlumat çoxluğundan qaçın. Bu yalnız dizayna nöqsanlar əlavə edəcəkdir. Bunun baş verməməsi üçün müştərinin və istifadəçinin nə istədiyini dəqiq anlamaq lazımdır. Amma çox vaxt hətta bu məlumatı da ələkdən keçirmək lazım olur.
        “Məlumat zənginliyi diqqət kasıblığına gətirib çıxarır” - Marty Neumeier
        İnsanlar asanlıqla onlara lazım olanı tapmalıdırlar. 
    5. Dizayn vizual baxımdan cəlbedicidirmi?
        Bu prinsip ətrafında çox müzakirələr olur. Toqquşan fikirlər də az deyil. Bu, mövzunun subyektiv xarakterli olmasından irəli gəlir. Fikirlərin müxtəlifliyi bir ortaq nəticəyə gəlməkdə çətinlik yaradır.
        Buna baxmayaraq, subyektivlik hissəsindən azad olmağa çalışaq. Bunun üçün dizaynı vizual cəlbedici edən prinsipləri araşdırmalıyıq. Bu prinsipləri istənilən yaxşı dizayn nümunəsində görə bilərik.
        Nəzəriyyədən savayı, siz vizual mədəniyyətinizi zənginləşdirməlisiniz. Bunun üçün dizayner cəmiyyətlərinin yaratdığı nümunələrə baxmalısınız. Siz yaxşı işlərdə ümumi “pattern”ləri tapmağı öyrənəcəksiniz: Balanslaşdırılmış kompozisiya, gözəl tipoqrafiya, dəqiq yerləşdirilmə, gözoxşayan rəng kombinasiyaları və digər detallar.
        Bu sizə yaxşı zövq formalaşdırmağınıza kömək edəcək. Lakin istənilən halda bu bənd bir az subyektiv qalacaq amma bu yalnız 6-dan biridir və bu bəndi sizə yaxşını pisdən aid eləməyə mane olmayacaq. Və unutmayın ki, yaxşı dizayn hərkəsin xoşuna gəlməməlidir.
    6. 1+1=3?
        Əgər dizayn bütün öncəki 5 bəndi keçə bildisə, artıq qarşınızdakı yaxşı dizayndır bu bənd isə onu görkəmli edəcək.
        Dizaynın onun daxilindəki hissələrin cəmindən daha çox olduğunu anlamaq üçün diqqətli olmaq lazımdır. Əslində bəzən yaxşı tipoqrafiya və uğurlu rəng seçimindən sonra ortaya dahiyanə bir ideya çıxır, hansıki dizaynı tamamilə başqa bir səviyyəyə qaldırır.

    FedEx şirkətinin loqosu (1994)
        Sadə amma heyran hissini yaşadacaq bir nümunə FedEx-in logosudur. Ona diqqətlə baxın. E və X hərflərinin arasındaki balaca ox işarəsini gördüz? Bu ox işarəsi şirkətin sürətini və dəqiqliyini göstərmək üçündür.
        Baxın, yaxşı dizaynerlər arasından dahiləri ayırd edən də məhz belə kiçik detallardır. Yaxşılar texniki biliklərə və prinsiplərə dirənirlər (hansıları ki, biz kompüterə də öyrədə bilərik). Dahilər isə tənliklərə yeniliklər gətirirlər. Hesab edirəm ki, yaradıcılıq dediyimiz də məhz budur.
    Final düşüncələr
        Qısacası: Yaxşı dizayn təkcə zahiri görünüş deyil, izləyici və istifadəçiyə qayğı ilə düşünülmüş həllərin kombinasiyasıdır.
        Son olaraq əgər siz də bu sahədə mütəxəssis olaraq yetişmək və ən əsası bu sahənin biliklərinə, əsas anlayışlarına yiyələnmək istəyirsinizsə, Step IT Akademiyası-nın peşəkar kompüter akademiyasında kompüter qrafikası və dizayn kurslarına qoşula bilərsiniz. Ətraflı məlumat və tədris proqramı ilə buradan tanış ola bilərsiniz.
    Linki kopyala