
1 həftə ərzində insanlar CryptoKitties adlı blockchain oyununda 2.5 milyon dollar xərclədilər
Bir neçə gün bundan öncə start verilmiş və blockchain əsasında yaradılmış CryptoKitties adlı layihə istənilən istifadəçiyə virtual pişik almaq imkanını verir.
Layihə artıq Ethereum trafikinin
15%-ni ələ keçirdib, layihənin kapitalizasiyası isə 2.5 milyon dolları keçib.
Bir neçə gün ərzində istifadəçilər bu oyunda dəlisov dərəcədə pul vəsaitləri xərcləyiblər.
Bir neçə pişik təqribi olaraq 50 ETH-ma (23.000$) satılıb. Ən bahalı pişik isə
246 ETH (113.000$) dəyərində qiymətləndirilib. Qiymətlər sürətli templə
artmaqda davam edir. Hal hazırda ən ucuz pişiyin qiyməti 0.3 ETH (140$) təşkil
edir. İnsanlar həmin pişikləri alaraq onları birləşdirir və nadir pişik əldə
edirlər. Daha sonra həmin əldə olunmuş pişiyi baha qiymətə satmaq olar.
Faktiki olaraq bu oyun kriptovalyutalar bazarının vəziyyətini əks etdirir. Kim
tez alsa, daha baha qiymətə satacaq. Bu proses köpüyün partlayacağı vaxta kimi
davam edəcək. Bununla yanaşı CryptoKitties pişikləri desentrəlizə olunmuş
sistem sayəsində Ethereum şəbəkəsində sonsuzadək var olacaqlar. Bu oyun “AxiaomZen”
şirkətinin proqramçıları tərəfindən yaradılmış 5 smart müqavilə əsasında
çalışır.
İstifadəçilər öz Ethereum ünvanları vasitəsilə oyunla qarşılıqlı əlaqədə
olurlar. Bunu etməyin ən sadə yolu Chrome MetaMask adlı extentions-dan istifadə
etməkdir. Beləliklə siz Ethereum-la birbaşa öz brauzerinizdə çalışa biləcəksiniz.
Bütün növbəti əməliyyatlar isə CryptoKitties saytında reallaşdırılır. Bu sayt
faktiki olaraq pişiklərin alınması, satılması və yetişdirilməsi üçün nəzərdə
tutulmuş smart müqavilələr ilə qarşılıqlı əlaqə interfeysidir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...