1 iyun tarixində Salyan şəhərində Azercell Eksklüziv mağazasının açılışı baş tutdu

1 iyun tarixində Salyan şəhərində Azercell Eksklüziv mağazasının açılışı baş tutdu

Digər
04.06.2018 PAYLAŞIM

    Abunəçilərinin rahatlığı və xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Azercell Telekom daha bir regional mağazasının açılışını edib. Bu dəfə şirkət Salyan şəhəri Heydər Əliyev küç., 105 ünvanında yeni konsepsiyaya uyğun ofisini abunəçilərin ixtiyarına verib.

     Xatırladaq ki, ən müasir avadanlıqla təchiz olunan mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satış mütəxəssisləri dəstək olur. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, digər müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuarlar, cihazlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Mağaza həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər abunəçilərə yüksək keyfiyyətli xidmət göstərir. Onu da qeyd edək ki, açılış günündə Salyan Azercell Eksklüziv mağazasından alış-veriş edən müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə qazanıblar.    Yeni mağazanın açılış gününün 1 uyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününə təsadüf etməsi ilə əlaqədar olaraq Azercell şirkəti gənc ziyarətçilər üçün əyləncəli proqram və xüsusi hədiyyələr də təqdim etdi.

     Qeyd edək ki, ilin sonuna qədər Azercell Bakı və regionlarda yeni Eksklüziv mağazalarının sayını artırmağı planlaşdırır.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Son Dəqiqə: Alimlər dünya tarixində ilk dəfə qara dəliyin fotosunu təqdim etdilə..

Uzun illər ərzində Event Horizon Telescope layihəsi Oxatan A* adlı qara dəliyin kompakt radiomənbəsi..


Nəyə görə yaş artdıqca zaman sürətlə axır?

Zaman qavrayışı bir zaman intervalında beyin tərəfindən emal olunan obrazların sayndan asılıdır. ..


Blogstar 2 yaşını qeyd edir

Məlumdur ki, son illərdə influencer materketinq bazarı sürətlə populyarlaşır, inkişaf edir. Azərbayc..


Kepler teleskopu Yer kürəsinə bənzəyən yeni 44 planet aşkar edib

Adətən teleskopun bir iş seansı ərzində 10-12 ekzoplanet aşkar etmək mümkün olurdu. Lakin bu dəfə on..


Alimlər kosmosdan olan gizli siqnalı aşkar ediblər

Buna bənzər radiosiqnal ilk dəfə 2007-ci ildə aşkar edilmişdi.


Mars planetinin iqlimini dəyişdirmək alınmayacaq: İnsanlar skafandrda yaşamalı o..

Mars planetində karbon qazı ilə zəngin bütün buzlaqlar əridilsə də planetdə parnik effektinin yaradı..