
10 tibbi mif
Biz insanlar ümumi kütlənin fikirlərinə əsaslanaraq
yoxlanmamış məlumatlara inanmağa öyrəşmişik. Bu hall çox zaman insan sağlamlığı
ilə əlaqəlidir. Bəzi tibbi miflər o dərəcədə beynimizə həkk olunub ki, biz
onları artıq teorem kimi qəbul edirik. Əslində isə həbəs yerə bu cür edirik. Ən
məşhurları isə o miflərdi ki, hansı hallar sizin həyatınıza son qoya bilər
hansılar isə yox. Məhz bu cür fikirlər çox zaman yanlış olur. Bu baxımdan nəyəsə
qərar verən zaman ona əsaslanan məlumatı dəqiqliklə müşahidə etmək lazımdır.
Hipotermiya yalnız soyuq havada baş verir. Hipotermiya (və
ya insan bədəninin temperaturunun aşağı düşməsi) təkcə qışda deyil yay fəslində
belə baş verə bilər. Məsələn əgər siz küləkli havada soyuq suda çimirsinizsə
onda hipotermiyaya düşə bilərsiniz. Bu halda siz ölümcül dərəcədə
donmayacaqsız. Lakin bəzi mənfi cəhətlər istər-istəməz aşkara çıxacaq.
Duz ağ ölümdür. Ən çox yayılan qida ilə əlaqəli tibbi miflərdən
biri də duzla bağlıdır. Əslində isə tərkibində ölümcül dərəcədə duz miqdarı
olan qidalar barmaqla sayılacaq qədərdilər.
Özünü duz qəbulunda məhdudlaşdırmaq lazım gələn xəstəliklər isə daha azdır.
Avtomobil qəzası zamanı ən təhlükəlisi ölümcül dərəcədə zərbə
almaqdır. Burda açar söz "zərbə”-dir. Yəni xarici zədə almaq. Əslində isə avtomobil qəzası zamanı daxili
orqanların zədə alma ehtimalı xarici zərbə ehtimalı kimi vacibdir. Daxili
orqanların zədələnməsi nəticəsində insanlar öz həyatlarını itirirlər. İnsanın
daxili orqanları fəzada avtomobilin hərəkət etdiyi sürətlə hərəkət edir. Nəticədə
avtomobilin ani dayanışı həmin orqanları zədələyə bilər.
Qayahörümçəyinin
insanı dişləməsi ölümcül haldır. Baxmayaraq ki, qayahörümçəyinin qorxulu
görünüşü var və o həqiqətən də zəhərli maddə daşıyıcısıdır, əgər insanda hər-hansı
bir allergiya xüsusiyyəti yoxdursa qayahörümçəyin insanı dişləməsi heç bir təhlükə
daşımır.
Görmə
əngəlli insanlar görə bilmirlər. Nə qədər qəribə görünsə də bəzi hallarda görmə
əngəli görmə qabiliyyətinin tamamilə sıradan çıxması demək deyil. Görmə əngəlli
bəzi insanlar aldıqları travmalar nəticəsində fikirlərini cəmləyərək əşyaların
konturlarını görə bilirlər.
Stress
mədə xorası xəstəliyinə gətirib çıxardır. Stress həqiqətən də insan orqanizmini
zəiflədir və bəzi xəstəliklərə yol açır. Lakin bir başa mədə xorası xəstəliyinə
gətirib çıxartmır.
İdmandan
öncə bədəni qızışdırmaq lazımdır. İlk baxışdan burda qəribə heç bir şey yoxdur.
Məhz bu məsləhəti bütün həkimlər və idman müəllimləri insanlara verirlər. Lakin
idmandan öncə insan bədəninin qızışması düzgün yerinə yetirilmədiyi və
uzadıldığı halda lazımsız və təhlükəli ola bilər. Nəticədə hər bir məşqin
effektivliyi minimuma enə bilər.
Sıx
büstqalter döş xərçənginə gətirib çıxardır. Bu mif çox geniş yayılsa da onun
sübut olunması üçün heç bir elmi əsas yoxdur. Təbii ki, bu çox sıx büstqalter
geyinməyə əsas vermir.
Az hərəkətdə
olmaq ürək tutması riskini azaldır. Ürək dayanması planetimizdə ən çox yayılmış
ölüm hallarından biridir. Lakin tənbəl həyat tərzi sizi ürək tutmasından
qorumayacaq. Əksinə bu halın baş vermisini sürətləndirəcək.
Onurğa
sütununun zədələnməsi müalicə olunmur. İnsanlara elə gəlir ki, əgər onlar bel
hissəni ciddi şəkildə zədələyiblərsə deməli onlar artıq yeriyə bilməyəcəklər.
Əslində isə intensiv məşqlərin və lazımi qulluğun aparılması nəticəsində insan ən
ağır bel zədələrindən sonra belə yeriyə bilər.
Paylaş
Bənzər xəbərlər