Logo
    main-post-cover

    100 AZN = 5 AZN?

    Digər
    07.05.2017
    Farid
    Bəli tamamilə doğrudur. Düzdür bir neçə gün əvvələ qədər mən də belə bir şeyə inanmazdım amma bunun canlı olaraq şahidi oldum. Beş gün əvvələ qədər digər bir mobil operatorun istifadəçisi idim və bu operatorun təklif etdiyi xidmətlərindən sadəcə zəng və mobil internetdən istifadə edirdim. Bazar günü bir xanım dostumla dincəlmək üçün bir yerlərə getmək fikrimiz var idi lakin o qədər də çox pulumuz olmadığından təxirə salıb başqa bir gün doya-doya əylənməyi düşündük. Amma iş belə gətirdi ki, ortaq bir dostumuz bizə Azercell-in GəncOL tarifindən danışdı və əylənmək üçün çoxlu pulun gərəkli olmadığını başa saldı. 5 Manat verməklə 100 Manat hətta daha çox endirimi necə əldə edə biləcəyimizi başa saldı və biz həmin gün həm GəncOL-lu olduq həm də əylənərək, istirahət etdik. Düzünü desəm, başqa birindən eşitsəydim mənə də qəribə gələrdi amma sınamaqdan ziyan gəlməz deyib bəxtimi sınadım. Yaxşı ki də sınamışam.
    Bazar günü Tarhun restoranında xüsusi set menyunu 39% endirimlə alandan sonra hələ cibimizdə ümumi 90 azn 20 qəpik pul qalırdı və yemək yeyib doyduqdan sonra Olimpik Star-a gedib GəncOL-un 1+1 yəni Bowling oynayana Karaoke hədiyyə kampaniyasından da istifadə etmək qərarına gəldik. Bowling oynayıb Karaokedə necə deyərlər "qurdlarımızı tökəndən” sonra yenidən aclıq hiss etdik və qarlı dağlar aşaraq çox ellər dolaşaraq gəlib çıxdıq Pizza-Mizzaya və bir böyük pizza ilə aclıq hissindən də qurtulduq. Bu qədər əyləncə və istirahətdən sonra əlimizdə kifayət qədər pulumuzun qaldığını görüb bu fürsət birdə ələ düşməz deyib getdik LTB Jeans-ə və özümüzə yeni paltarlar aldıq və 20% endirimdən yararlandıq. Evə avtobus ya da metro ilə qayıtmaq istəmədiyimizdən City Taxi-nin GəncOL endirimdən yararlanaraq evlərimizə komfortlu taksi ilə qayıtdıq. Beləcə 100 manata qədər endirim əldə etdik və doyunca dincələrək, əyləndik. Və bu qədər endirimi sadəcə 5 AZN-ə əldə etdik. Yaxşı ki, dostum bizə GəncOl-dan danışmışdı, yaxşı ki bu fürsəti dəyərləndirdik. Bu arada bu qədər endirimdən danışdım, Fitness Mania-ya edilən 50%-lik endirimi deməmək olmaz. Mənim üçün bu çox daha vacibdir çünki ağır iş qrafiki məndə tənbəllik əmələ gətirmişdi və get-gedə kökəldiyimi hiss edirəm. İşdən sonra idmanla məşğul olmaq üçün bu endirimi əldə etdim və 100 Manatlıq idman salonu abunəliyinə 50 Manat endirimlə sahib oldum. Məncə siz də dəyərləndirsəniz, seçiminizdən məmnun qalarsınız.
    Hələ GəncOL-la əldə edəcəyim çox endirimlər, gedəcəyim çox yerlər var. Mənə elə gəlir ki, Gənc OLmaq və GəncOL-lu olmaq üstünlükdür və biz bu üstünlüyü dəyərləndirməliyik.
    Paylaş
    Bənzər xəbərlər