main-post-cover

    12 işıq ili uzaqlığında Yer kürəsinə bənzəyən 2 yeni potensial planet aşkar edilib

    Digər
    10.08.2017
    Emil Nəcəfov

    Beynəlxalq tədqiqat qrupu aşkar edib ki, Günəşin analoqu olan Tau Kita adlı ulduzun ətrafında Yer kürəsinin ölçülərinə yaxın 4 planet fırlanır.

    Onlardan ikisi, həyatın var ola biləcəyi ərazidə yerləşir və çox güman ki, onların səthində həyatın yaranması üçün münbit şərait var. Qeyd etmək lazımdır ki, Tau Kita adlı ulduz, Yer kürəsində 12 işıq ili uzaqlığında yerləşir. Aşkar edilmiş yeni planetlərin kütlələri, Yer kürəsi kütləsinin 1.7-nə bərabərdir. Beləliklə bu planetlər, Günəşə yaxın ulduzların ətrafında indiyənə kimi aşkar edilmiş ən balaca panetlərdən biridir. Yeni planetlərdən ikisi, həyatın yaranması üçün münbit şəraitə sahib ola bilər. Bu isə o deməkdir ki, onların səthlərində su, maye şəklində ola bilər. Lakin ulduz orbitinin ətrafında olan toz diski bu ehtimalı bir qədər aşağı sala bilər. Belə ki, həmin planetlər, asteroidlər tərəfindən bombalanır. Buna baxmayaraq alimlər həmin planetləri müşahidə etməyə davam edirlər və yeni texnologiyalar vasitəsilə onların həyat üçün yararlı olub-olmadıqlarını öyrənmək mümkün olacaq.
    Linki kopyala