Logo
    15.000 alim qlobal ekoloji fəlakət haqqında xəbərdarlıq etdi

    15.000 alim qlobal ekoloji fəlakət haqqında xəbərdarlıq etdi

    Digər
    14.11.2017
    İqlim dəyişikliyi, meşələrin kəsilməsi, suyun çirklənməsi, bir çox heyvan növünün yox olması və insan əhalisinin sayının artması Yer kürəsinə öz mənfi özəlliklərini göstərə bilər.
    Bu cür fikrə 184 ölkədən olan 15.000 alim sahibdir. Onlar BioScience jurnalında əks olunmuş xəbərdarlığı imzalayıblar. Bu barədə Phys.org saytı xəbər verib. Həmin məqalənin müəllifləri Oreqon Universitetinin nüfuzlu professoru William Ripple-ın rəhbərliyi altında olan beynəlxalq alimlər komandasıdır. Həmin məqalənin ərsəyə gəlməsi üçün dövlət agentliklərinin, qeyri-kommersiya təşkilatlarının, individual tədqiqatların materiallarından istifadə olunmuşdur.

    Həmin materiallar sübut edir ki, bizim planetimizi qarşısı alınmayacaq təhlükə gözləyir. Sözügedən məqalə “Dünya alimlərinin insanlığına olan ikinci xəbərdarlığı” başlığı ilə dərc olunub. Bu cür ilk məqalə hələ 1992-ci ildə dərc olunmuşdu və 1700 mütəxəssis tərəfindən imzalanmışdı. Bu 25 il ərzində ətraf mühitin vəziyyəti daha da pisləşmiş və insan gələcəyinin sual altında qalmasına nail olunmuşdur. Bununla yanaşı bəzi suallarda irəliləyiş əldə olunmuşdur.

    “Bir çoxları bu sübutları inkar etməyə və bizləri sadəcə olaraq hər şeyi böyüdən insanlar kimi qəbul etməyə yönümlüdürlər. Alimlərin vəzifəsi məlumatları analiz edərək uzunmüddətli qanunauyğunluqları tapmaqdan ibarətdir. İkinci xəbərdarlığı imzalamış insanlar havayı yerə həyəcan siqnalı vermirlər. Onlar bizlərin təbiət çirklənməsi tərəfə getdiyimizi təsdiq edən əlamətləri etiraf edirlər. Biz ümid edirik ki, bizim məqaləmiz qlobal ekologiya və iqlim barəsində irimiqyaslı cəmiyyət müzakirələrinə səbəb olacaq” – deyə William Ripple bildirib.
    Yer kürəsinin ozon təbəqəsinin kimyəvi tullantılar ilə məhv edilməsi səviyyəsinin azaldılması və bərpa olunan enerji mənbələrindən istifadə olunması kimi bəzi sahələrdə olan irəliləyiş onu göstərir ki, müsbət dəyişikliklər əslində mümkündür. Neqativ dünya tendensiyaları arasında alimlər əsasən aşağıda əks olunmuşları təqdim ediblər:
    - Dünya əhalisinin payına düşən içməli su ehtiyyatı ümumilikdə 26% aşağı düşüb
    - Balıqçı donanmasının səylərinə baxmayaraq təbii mühitdə balıq ovu göstəriciləri aşağı düşüb
    - Okeanda olan ölü zonaların faiz göstəricisi 75-ə çatıb
    - Demək olar ki, 120 milyon hektar meşə ərazisi kəsilib
    - Karbon qazının atmosferə ifraz olunması və illik temperatur yüksəlişi böyümək də davam edir
    - Yer kürəsinin əhalisi 35% çoxalıb
    - Məməlilərin, sürünən heyvanların, amfibiyaların, quşların və balıqların ümumilikdə say göstəricisi 29% aşağı düşüb.
    Ripple və onun əməkdaşları “Dünya Alimlərinin İttifaqı” adlı müstəqil təşkilatı yaradıblar. Bu təşkilatın əsas məqsədi bərpa olunan enerjinin, ətraf mühitin və insanlığın rifahının maraqlarını qorumaqdır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...