
189 Taxi mobil tətbiqi ilə kartla ödənişləri ƏDV ödəmədən həyata keçirin (VİDEO)
189 Taxi şirkəti olduqca rəqabətli tətbiq əsaslı taksi sifarişi bazarına özünün yeni mobil əlavəsini təqdim edib. Lokal bazarda Uber və Taxify kimi iri oyunçalara ciddi rəqib kimi görünən 189 mobil əlavəsi, rəqiblərindən fərqli olaraq yerli şirkət olduğu üçün 18%-lik əlavə dəyər vegisindən azaddır. Yəni siz bu tətbiqdən istifadə edən zaman fiziki şəxs bank kartlarından etdiyiniz ödəmələr zamanı sizdən əlavə olaraq 18% ƏDV tutulmur.
Üçüncü üstünlüyü standart qiymətdir. Yəni siz harasa səfər etmək istəyirsiniz və xəritədə həmin yeri seçirsiniz. Seçdikdən sonra sizə göstərilən ilk qiymət nədirsə, səfər sonunda da sizdən həmin məbləğ alınır. Yolda tıxacın olub, olmamasının qiymətə heç bir təsiri olmayacaq. Biz adətən xarici alternativlərdə sırf bu qiymət fərqinə görə tez-tez mübahisələrin yarandığının şahidi oluruq.
Tətbiq həm iOS həm də Android əməliyyat sistemləri üçün mövcuddur və uyğun tətbiq mağazalarında yerləşdirilib. Tətbiqdən ilkin istifadə və ən əsası ilk kartla gedişinizə 50% endirim qazanmaq üçün "technote" promo kodundan istifadə edə bilərsiniz.
Ttbiq barədə geniş video dəyərləndirməni aşağıdakı videodan izləyə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər