1TB bulud yaddaşını ömürlük cəmi 129 dollara əldə etmək imkanı!
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, bulud yaddaş xidmətlərinə hər ay ödəniş etməkdən bezmisinizsə, Koofr alternativ təklif edir. Şirkət 1TB həcmində bulud yaddaşını ömürlük istifadə üçün birdəfəlik 129.99 dollara təqdim edir.
Bu paket istifadəçilərə 1TB həcmində yaddaşı daimi olaraq əldə etmək imkanı verir. Bu həcm təxminən 250 min 12MP foto, 500 saat HD video və ya 6.5 milyon PDF faylı saxlamaq üçün kifayətdir. Ən vacib üstünlük isə aylıq və ya illik abunə haqqının olmamasıdır. Koofr təhlükəsizlik və məxfilik məsələlərinə də xüsusi diqqət yetirdiyini bildirir. Xidmət “end-to-end encryption” texnologiyasından istifadə edir, yəni fayllar ötürülmə və saxlanma zamanı şifrələnir. İstifadəçilər fayllarına həm mobil tətbiq, həm kompüter, həm də WebDAV vasitəsilə istənilən yerdən daxil ola bilirlər.
Hazırda Dropbox, Google Drive, Amazon və OneDrive kimi xidmətlərdən istifadə edənlər üçün də keçid asanlaşdırılıb. Mövcud hesabları birləşdirərək faylları köçürmək mümkündür. Bundan əlavə, sistemdə dublikat faylları tapıb silmək, toplu ad dəyişmə və paylaşım linklərinin görünüşünü fərdiləşdirmək kimi funksiyalar da mövcuddur. Kampaniya məhdud zamanlıdır.
Paylaş
Bənzər xəbərlər