
Gears of War 4 Xbox ilə yanaşı PC üçün də satışa çıxacaq
Microsoft şirkəti öz press-konfransı çərçivəsində bildirib
ki, Gears of War 4 Xbox One ilə yanaşı PC üçün də satışa çıxacaq. Oyun Xbox
Play Anywhere proqramını dəstəkləyərək Windows 10 sistemli PC-lər üçün aktiv
olacaq. Yəni oyunu bir dəfə almış oyunçu onu həm Xbox One-da, həmdə PC-də
oyanaya biləcək. Oyun crossplatformer xüsusiyyətini özündə birləşdirəcək. Qeyd
edək ki, oyun 11 Oktyabr 2016-cı il tarixində satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər