
Həftənin ən yaxşı iOS oyunları
Həmişə olduğu kimi həftənin sonunda siz istifadəçilərə həftənin ən yaxşı iOS oyunlarını təqdim edirik.
Tiny Miners
Siyahımızda olan ilk oyun Tiny
Miners-dir. Əslində bu tip oyunlar ilə artıq çoxdan tanışsız. Belə ki, Tiny
Miners-də siz yeraltı şaxtalar qazaraq bacardığınız qədər çoxlu xal toplamağa
çalışacaqsınız. Yolda sizə rast gələn qızılları, maneələri keçərək yığmalısınız.
Əgər hansısa maneəyə dəysəniz oyun yenidən başlayacaq. Bir növ Subway Surfers tərzində olan bu oyun bir çoxlarının ürəyincə ola bilər. Oyunu buradan yükləyə bilərsiniz.
PewDiePie’s Tuber Simulator
Növbəti oyun bəlkədə məşhur
videoblogger PewDiePie pərəstişkarları üçün yaradılıb. Oyundakı videobloggeri də
real da PewDiePie özü səsləndirib. Oyunda sizdən tələb olunan YouTube ulduzu
olmaqdır. Siz müxtəlif mövzularda müxtəlif cür videolar yaratmalısınız. Bununla
belə oyun zamanı mikrofon, kamera və s. alaraq öz cihazlarınızı yeniləməlisiniz.
Yəni bir növ aşağı pillələrdən yuxarı qalxaraq YouTube ulduzu olmağınız
vacibdir. Oyunu buradan yükləyə bilərsiniz.
Knights Fight
Siyahıdakı sonuncu oyunumuzun adından da göründüyü kimi burda söhbət cəngavərlərin döyüşlərindən gedir. Burada
iki cəngavər xüsusi arenada döyüşlər aparırlar. Oyunçunun məqsədi isə təbii ki,
həmin döyüşdən sağ çıxmaqdır. Oyunda idarəetmə çox sadədir. Burda qorunmaq
üçün qalxan və hücum etmək üçün qılınc var. Bu ikisi ekranda əks olunmuş xüsusi
düymələrin köməkliyi ilə çalışır. Oyunda müxtəlif düymələri kombin edərək daha
güclü hücumlar reallaşdırmaq olar. Oyunda mərhələləri keçərək rəqib cəngavərləri
udmaq daha da çətinləşir. Lakin həmin çətinlikləri keçmək üçün sizin cəngavərə
müxtəlif yenilənmələr və s. aktiv şəkildə olur. Oyunu buradan yükləyə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər