
Həftənin ən yaxşı iOS oyunları (30 Oktyabr)
iOS platformasına çıxmış ən yaxşı mobil oyunları sizlərə təqdim
edirik.
Number Rumble: Brain Battle
App Store-da mütəmadi olaraq intellektual düşüncəni tələb edən
bir sıra yarışma tərzli oyunlar ortaya çıxır. Bu cür oyunlar çox maraqlı olur.
Belə ki, onlar real rəqibləri udmaq əzmini özlərində birləşdirirlər. Bu
kateqoriyadan olan yeni oyun isə Number Rumble: Brain Battle-dir. Sözügedən oyun rəqəmlərlə bağlı tapmaca
sevənlərə meydan oxuyur. Faktiki olaraq bu oyun rəqəmlərlə bağlı daha kiçik
oyunları özündə birləşdirir. Təbii ki, oyunda qeydiyyatdan keçəndən sonra həmin
oyunların hamısı sizlər üçün aktiv olmayacaq. Bunun üçün sizlər bir çox
sınaqlardan və oyunlardan keçməli olacaqsınız. Həmin sınaq və oyunlarda rəqiblərinizə
qalib gələrək oyun səviyyəniz artacaq. Real rəqiblə olan hər bir intellektual döyüş
3 raunddan ibarətdir. Hər bir raund isə təsadüfi seçilən mini oyundan ibarətdir.
Əgər siz bu və ya digər oyunda zəif olsanız onda digər oyunu seçə bilərsiniz.
Lakin bu zaman sizin oyundaxili pullarınz xərclənəcək. Həmin mini oyunlar isə məsələn
bu tərzlərdədir. Ən böyük ədədin olduğu dairəni seçmək, ən çox altıbucaqlıya
sahib obyekti klikləmək, ən çox rənglənmiş hissəsi olan dairəni seçmək və s.
Mini oyunların keçilməsinə müəyyən vaxt intervalı verilir. Oyunu burdan yükləyə
bilərsiniz.
Blown Away:
Secret of the Wind
Oyunun baş qəhrəmanı Hendrick bəxti gətirməyən bir canlıdır. Onda qalan yeganə şey teleportasiya bacarığına malik başmaqlar və başındakı bir tükdür. Qalan hər şeyi isə külək sovurub aparıb. Onun evinin qalan hissələrini oyun səviyyələrində tapmaqda Hendrick-ə köməklik edin. Onda olan batareyaları şarj edin və həmişə hərəkətdə olan oyun səviyyələrində Hendrick-i teleportasiya vasitəsilə hərəkət etdirin. Oyunu burdan yükləyə bilərsiniz.
Block vs Block
Dünyanın məşhur oyunlarından biri olan Tetrisin bir
versiyası olan Bock vs Block oyunu çox sadə və əyləncəlidir. Siz həm kompüterə
qarşı, həmdə real adama qarşı oynaya bilərsiniz. Əgər oyun iPad-da oynanılsa
onda sizləri çox gözəl qrafika və xoşagələn oyun idarəetməsi gözləyir. Oyunu burdan yükləyə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər