
2017-ci ildə 3 milyon uşaq həyatını itirə bilər
Həkimlərin proqnozlarına əsasən 2017-ci ildə 5 yaşına çatmamış 3 milyon uşaq, infeksiya xəstəliklərindən həyatını itirəcək.
Bu cür məlumat 28 Oktyabr tarixində Ümumdünya Gigiyena Şurasının təqdim etdiyi məruzə sənədində qeyd olunub. "Technote.az”ın
"Mir24.tv”ə istinadən verdiyi xəbərə əsasən statistikaya görə hər il 1 milyon
uşaq pnevmoniyadan, 700.000 uşaq isə diareyadan həyatını itirir. Mütəxəssislər
qeyd edirlər ki, adi gigiyena qaydalarına riayət olunmaması infeksiya səbəbilə
həyatlarını itirən uşaqların sayının artmasına səbəb olur. Dünyadakı ailələrin
yarısından çoxu sezon qripi zamanı evdə dezinfeksiya işləri aparırlar. Bu isə məsləhətli
deyil. Şəxsi evlər 31% ehtimalda bağırsaq infeksiyasının əsas səbəbi olurlar. Həkimlərin
bildirdiklərinə görə uşaqların ölümünün qarşısını almaq üçün adi gigiyena
qaydalarına riayət etmək lazımdır. Əlləri sabunla yumaq diareyadan ölüm ehtimalını 50% aşağı salır. Evdə təmizliyin saxlanması halında isə diareya, qrip
kimi xəstəliklərə yoluxmaq ehtimalını aşağı salır. Bundan əlavə olaraq mütəxəssislər
uşaqlara antibiotiklərin tez-tez yazılmasını məsləhət görmürlər.
Paylaş
Bənzər xəbərlər