
2017-ci ilin Nissan GTR-i daha aqressiv görünür
Bu yaxınlarda Nyu York avtomobil sərgisində Nissan GTR modelini yeniləyib. 9 il əvvəl satışa buraxılan və o vaxtdan bəri heç bir eksteryer və ya interyer dəyişikliyi olmadan satışda olan GTR-in ümumi görüntüsündə ən çox gözə çarpan dəyişiklik avtomobilin daha dairəvi dizayna sahib olmasıdır.
Yenilənmiş Nissan GTR-in 3.8 litr V6 mühərriki 565 at gücü hasil edir və avtomobilin ümumi görüntüsü 600 at güclü NİSMO versiyası ilə bənzərdir. GTR-in Arxa və ön tərəfində daha geniş difuzerlər, yeni duman işıqları və ön hissəsində isə Nissan Micra modelində də olan kiçik dəmir detal yerləşdirilib.
Nissan-ın 9 il sonra yenilədiyi ən uğurlu və yeganə superkarı yeni görüntüsü ilə bu gün üçün daha yaxşı bir görüntüyə sahib olsa da avtomobilin istehsala buraxılmasından 9 il keçdiyini nəzərə alsaq artıq yeni bir modelin gəlməli olduğunu deyə bilərik.
Paylaş
Bənzər xəbərlər