Logo
    main-post-cover

    2018-ci il Galaxy A6 və A6 Plus modelləri haqqında məlumatlar ortaya çıxdı

    Digər
    15.03.2018
    Farid
    Görünür, “Samsung” şirkəti bu il A seriyasında Galaxy A8 və Galaxy A8 Plus modelləri ilə yetinməyəcək.
    Belə ki, məşhur Geekbench adlı bençmar saytında Galaxy A6Galaxy A6 Plus modelləri haqqında məlumatlar ortaya çıxıb. Saytda təqdim olunmuş texniki göstəricilərə əsasən demək olar ki, Galaxy A6 və Galaxy A6 Plus modelləri Galaxy A8Galaxy A8 Plus smartfonlarının daha sadələşdirilmiş versiyaları olacaqlar. Lakin yeni modellərin flaqman smartfonlarında olan özəllikləri (sudan və tozdan qorunma, 18:9 nisbətində ekran, nazik çərçivələr və s.) əldə edib-etməyəcəkləri məlum deyil.

    Beləliklə bençmark saytındakı məlumatlara əsasən Galaxy A6 Exynos 7870 prosessoru və 3 GB RAM ilə təchiz olunacaq. Sözügedən prosessor Cortex-A53 adlı 8 nüvədən və Mali-T830 qrafik sürətləndiricisindən ibarətdir. Galaxy A6 Plus modeli isə 1.8 GHz telikli 8 nüvəli Snapdragon 625 prosessor və 4 GB RAM-a sahib olacaq. Hər iki smartfon Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Galaxy A seriyasının yeni smartfonlarının nə zaman təqdim olunacaqları barəsində heç bir məlumat yoxdur.

    Paylaş
    Bənzər xəbərlər