Logo
    main-post-cover

    2018-ci ildə iOS və macOS üçün tətbiqlər birləşəcək

    Digər
    20.12.2017
    Farid
    Gələn il “Apple” şirkəti ümumi tətbiqlər vasitəsilə iOS və macOS əməliyyat sistemləri arasında daha dərin qarşılıqlı əlaqə yaratmaq fikrindədir.
    Mobil App Store servisində daha çox tətbiq var nəinki macOS sistemli kompüterlər üçün. Nəticədə tərtibatçılar bu sistemlərin hər biri üçün öz tətbiqlərinin xüsusi versiyalarını yaratmalıdırlar. iOS, macOS, watchOS tvOS. Lakin əsasən ən çox diqqət məhz iPhone cihazına ayrılır. Belə ki, bu cihazın geniş auditoriyası var. Digər platformalara isə diqqət ayırmırlar. Əsasən bu heç də sərfəli olmur.
    Bloomberg saytının verdiyi xəbərə əsasən yaxın zamanda “Apple” bu problemi aradan qaldırmalıdır. Məumata əsasən gələn ildən başlayaraq tərtibatçılar həm iOS həmdə macOS-də çalışacaq tətbiqlər yarada biləcəklər. Bu layihə Marzipan kod adına sahibdir. Beləliklə tətbiqlərə gələn yeni funksiyalar eyni zamanda iPhone-da, iPad-da və Mac kompüterlərində aktiv olacaq. Məsələn hal hazırda bir çox istifadəçilər Mac kompüteri üçün olan rəsmi Twitter tətbiqindən şikayətlənirlər. Belə ki, o uzun müddətdir ki, yenilənmir.

    Tətbiqin iPhone və iPad versiyaları isə mütəmadi olaraq yenilənirlər. Bu cür üsulla həmçinin “Apple” şirkəti də gedir. Belə ki, mobil cihazlar üçün olan App Store servisi iOS 11 versiyasında tamamilə dəyişilmişdi. Mac üçün olan tətbiqlər mağazası isə 2014-cü ildən bəri yenilənmir. iOS və macOS tətbiqlər mağazalarının birləşəcəyi barəsində heç bir məlumat yoxdur. Həmçinin bu yeni proqramın da nə zaman işə düşəcəyi bilinmir. Çox güman ki, bu cür böyük layihənin anonsu gələn ilin yay fəlsində keçiriləcək WWDC 2018 tədbirində anons olunacaq.
    Paylaş
    Bənzər xəbərlər