main-post-cover

    2020-nin ilk rübündə artan kompüter tələbatı şirkətlər tərəfindən ödənilə bilmədi

    Digər
    14.04.2020
    Nijat Hamid
            Koronavirus pandemiyası və karantin səbəbilə insanlar işlərini və təhsillərini internet üzərindən həll etdikləri üçün kompüterlərə olan tələbat daha da artdı. Pandemiya səbəbilə insanların təxminən 1/3-i evdən çıxmır. Bu səbəbdən kompüterlərə olan tələbat artdı, lakin Covid-19 koronavirusu səbəbilə istehsalat prosesləri də dayandığı üçün şirkətlər yeni detallar əldə etməkdə çətinlik çəkdi.

    Kompüter satışları 2020-nin ilk rübündə 8% aşağı düşdü. 

            Bu 8%-lik azalma 2012-də baş verən 12%-lik azalmadan sonra kompüter ekosistemində baş verən ən böyük zəifləmə oldu. Burada həmçinin Intel şirkətinin də ciddi təsiri oldu. Beləki 2020-ə keçid zamanı Intel şirkəti 10 nm-lik prosessorlara keçid edə bilmədiyi üçün istehsalatda bir sıra çətinliklik yaranmağa başladı. Şirkət kompüter istehsalçılarını lazım olan səviyyədə detal ilə təmin edə bilmədi.
            Yuxarıda paylaşılan statistikaya əsasən Dell şirkəti xaric digər bütün kompüter istehsalçıları satışlarda gerilədi. Sadəcə Dell şirkəti 1.1% qədər böyümə əldə edə bildi. Kompüter ekosistemində liderlik hələ də LenovoHP-nin əlində olmağa davam edir. Bu zəifləmələr arasında ən ciddi olanı Apple oldu. Şirkət 21%-lik bir geriləmə ilə 6%-lik bazar payına malik oldu. Bu da ekosisteminən ən sərt zəifləməsi olaraq qeydə alındı. Ümid edirik ki, istehsalat prosesləri təkrar əvvəlki vəziyyətinə qayıdar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər