2026-cı ildə daha çox Studio Ghibli filmi 4K formatda IMAX ekranlarına qayıdır
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, IMAX və animasiya distribütoru GKids 2026-cı ildə daha çox Studio Ghibli klassiklərinin 4K remaster edilmiş versiyalarını IMAX formatında tamaşaçılara təqdim edəcəyini açıqlayıb. Bu qərar bu il IMAX ekranlarında ilk dəfə nümayiş olunan Princess Mononoke filminin uğurundan sonra verilib. Hazırda aparılan bütün 4K bərpa işlərinə Studio Ghibli-nin 1993-cü ildən studiyada çalışan mütəxəssisi Atsushi Okui şəxsən nəzarət edir.
Okui həmçinin 2023-cü ildə IMAX-də nümayiş olunan ilk Ghibli filmi olan The Boy and the Heron animasiyasının rəqəmsal görüntü direktorudur. Son illərdə My Neighbour Totoro və Spirited Away kimi digər Ghibli filmləri də kinoteatrlarda yenidən nümayiş olunub. GKids 2021-ci ildən etibarən IMAX ilə əməkdaşlıq edərək Şimali Amerikada Studio Ghibli filmlərinin bütün platformalar üzrə distribüsiyasını həyata keçirir.
Gələn ildən başlayaraq IMAX-də hansı Ghibli filmlərinin təqdim ediləcəyi barədə rəsmi məlumat verilməsə də, filmlərin bir-bir ardıcıllıqla ekranlara çıxacağı bildirilir.
Paylaş
Bənzər xəbərlər