27 İyul tarixində qeyri-adi Ay tutulması baş verəcək
Digər
25.07.2018
Farid Pardashunas
27 İyul tarixində qeyri-adi Ay tutulması baş tutacaq.
NASA-nın verdiyi məlumata əsasən bu, 21-ci əsrin ən uzunmüddətli Ay tutulması
olacaq. Bəzi insanlar bu hadisəni 1 saat 43 dəqiqə ərzində izləyə biləcəklər.
Ay tutulması, Yer kürəsinin Günəş ilə Ayın arasında olan zaman baş verir. Bu vəziyyətdə
Ay Yer kürəsinin kölgəsində qalır. Yəni kosmik obyektlər bir sırada dururlar.
Ümumilikdə bu kosmik hadisə 3 saat 55 dəqiqə davam edəcək. Məhz bu qədər müddət
ərzində Ay Yer kürəsinin kölgəsindən keçəcək. Ay tutulmasını bəzən “Qanlı Ay” adlandırırlar.
Bunun isə səbəbi tutulma zamanı Ayın alqırmızı rəngə çevrilməsidir. Tam Ay
tutulmasını demək olar ki, hər bir yerdən seyr etmək mümkün olacaq. Bu hadisəni
müşahidə etmək üçün isə teleskopa ehtiyac yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ