
3 fərqli DNT-yə sahib uşaq dünyaya gəlib
Amerikalı alimlər tibb sahəsində yeniliyə imza ataraq 3 fərqli DNT-yə sahib uşaq dünyaya gətirməyə nail ola biliblər.
Dünyada ilk dəfə anası, atası və əlavə bir
şəxsin də DNT-sini daşıyan uşaq dünyaya gəlib. Anasının sahib olduğu genetik xəstəlik
səbəbiylə bu yeniliyi istifadə edən həkimlər, tibb dünyasında bir ilkə imza
atıblar. New Science-da yayımlanan xəbərə görə 6 Aprel 2016-cı ildə dünyaya gələn
uşağın ailəsi, qanun qadağasının olmadığı Meksikaya gedərək orda müalicəni
davam etdiriblər. Leigh adında ölümcül əsəb xəstəliyi daşıyan mutasiyaya uğramış
genetikaya sahib ananın daha əvvəl uşaq sahibi olmaq arzusu yarıda qalıb.
New Hope Fertility Center-dən Dr. Con Zanq və heyəti, ananın DNT-sindən istifadə edərək, sağlam hissəni alaraq
digər donorun sağlam mitoxondrisinə birləşdirərək sağlam yumurta yarada
biliblər və bu yumurtanı sperm ilə dölləndiriblər. Uşaq, donorun DNT-sinin 0.1%-ni təşkil edir. Bunun vasitəsilə həm də uşağa xəstəliyin keçməsinin qarşısı
alınıb. Dr. Zanq mövzu ilə əlaqəli açıqlama edərək "Mitoxondri ilə bağlı xəstəliklərin
uşaq və ailələr üzərində böyük mənfi təsiri var” deyə bildirib. İlk dəfə "3
valideynli” bir uşağın dünyaya gəldiyini bildirən Zanq, "Bunun böyük inqilab
xarakterli vəziyyət ”olduğunu açıqlayıb.
Paylaş
Bənzər xəbərlər