
30 il bundan öncə kosmonavtlar kosmosda necə əylənirdilər? (VİDEO)
Kosmonavt dünyanın ən cəlbedici vəzifələrindən biridir. Lakin əslində həyəcanlı uçuş dəqiqələri və missiyaları arasında günlərlə, hətta həftələrlə bekar vaxtlar olur. Belə vaxtlarda kosmonavtlar necə əylənirlər?
İndiki vaxtda kosmonavtlar kosmosda ola-ola Twitter-də müxtəlif
fotolar paylaşır və planşetlərində filmlər izləyirlər. Lakin 1980-ci illərdə
kosmonavtlar bizə indi adiləşmiş cihazlardan məhrum idilər. Buna baxmayaraq
onlar kosmosda əyləncəli vaxt keçirə bilirdilər. NASA-nın arxivindən olan bu
video onu göstərir ki, çəkisizlik şəraitində adi kağız təyyarənin buraxılması,
geyimlərin geyinilməsi və yuxu kimi proseslər necə qeyri-adi hala çevrilirlər.
Paylaş
Bənzər xəbərlər