main-post-cover

    313 ədəd iPhone X oğurlandı

    Digər
    03.11.2017
    Orxan Jafarli
    Bir çox ölkədə bu gün etibarı ilə satışa çıxan iPhone X ilə əlaqədar ilk oğurluq hadisəsi yaşandı. San Franciscoda 313 ədəd yeni iPhone Apple Store çata bilmədən oğurlandı.
    Bu gün etibarı ilə Avstraliyada başlayaraq bir çox ölkədə satışa təqdim edilən iPhone X, xüsusiyyətlərindən çox yüksək qiyməti ilə diqqət çəkir. Daha rəsmi olaraq satışa çıxmadan E-Bay-da 6000 dollar qiymətlə satılan cihazın yüksək qiyməti oğruların da diqqətini çəlb edib
    San Franciscodakı bir Apple Store təslim edilmək üçün bir UPS yük maşınına yüklənən 313 ədəd yeni iPhone mağazanın qarşısından oğurlandı. Polis hesabatına görə, oğrular mağazanın qarşısında park edilmiş UPS vasitəsinə girərək iPhone-lar oğurladılar. Oğruların Dodge mikroavtobus istifadə etdikləri sübut edilib.
    UPS şoferinin park etdikdən sonra maşını kilidli vəziyyətdə tutduğunu  və oğruların telefonları oğurladıqlarını göstərən bir kamera olduğu bildirildi. San Francisco polisi, cihazların dəyərinin təxminən 370.000 dollar olduğu təxmin edir.
    Linki kopyala