313 ədəd iPhone X oğurlandı
Digər
03.11.2017
Orxan Jafarli
Bir çox ölkədə bu gün
etibarı ilə satışa çıxan iPhone X ilə əlaqədar ilk oğurluq hadisəsi yaşandı.
San Franciscoda 313 ədəd yeni iPhone Apple Store çata bilmədən oğurlandı.Bu gün etibarı ilə Avstraliyada başlayaraq bir çox ölkədə
satışa təqdim edilən iPhone X, xüsusiyyətlərindən çox yüksək qiyməti ilə diqqət
çəkir. Daha rəsmi olaraq satışa çıxmadan E-Bay-da 6000 dollar qiymətlə satılan
cihazın yüksək qiyməti oğruların da diqqətini çəlb edib
San Franciscodakı bir Apple Store təslim edilmək üçün bir
UPS yük maşınına yüklənən 313 ədəd yeni iPhone mağazanın qarşısından oğurlandı.
Polis hesabatına görə, oğrular mağazanın qarşısında park edilmiş UPS vasitəsinə
girərək iPhone-lar oğurladılar. Oğruların Dodge mikroavtobus istifadə etdikləri
sübut edilib.
UPS şoferinin park etdikdən sonra maşını kilidli vəziyyətdə
tutduğunu və oğruların telefonları
oğurladıqlarını göstərən bir kamera olduğu bildirildi. San Francisco polisi,
cihazların dəyərinin təxminən 370.000 dollar olduğu təxmin edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ