
4 Yaşında 7 Dil Bilən “Camaatın Uşağı” Tapıldı
Rusiyada "İnanılmaz İnsanlar” adlı televiziya verlişinə qatılan 4 yaşındakı uşaq, 7 müxtəlif dilə danışa bilir.
Rusiyanın paytaxtı Moskvada yaşayan 4 yaşındakı qız Bella
Devyatkina, qatıldığı İnanılmaz İnsanlar adlı proqramda hünərlərini sərgilədiyi
sırada həm münsifləri həm də tamaşaçıları özünə heyran buraxdı.
Səhnəyə ana dili olan Rus dilində danışaraq gələn Bella, paltarlarında
öz dillərinin yazılı olduğu insanlarla danışmağa başlayır. Əvvəlcə bir adamla
qarşılıqlı İngiliscə danışmağa başlayan kiçik qız, daha sonra sırası ilə Alman,
İspan, Fransız, Çin və Ərəb dillərində özündən soruşulan suallara cavab verməyə
başlayır; və üstəlik heç özünü itirmədən bütün verliş boyu müxtəlif dillərdə
danışır.
Paylaş
Bənzər xəbərlər